525.Az

"Etiraf et, bir dollar verim"


 

"Etiraf et, bir dollar verim"<b style="color:red"></b>

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Viktoria Nulandın keçirdiyi brifinqdə Suriya məsələləri ilə bağlı maraqlı dialoq baş verib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, brifinqdə iştirak edən jurnalist Matt Lee Xarici Işlər Nazirliyinin sözçüsü olan Viktoria Nulanda ABŞ-ın Suriyada uğursuz siyasət yürütdüyünü qəbul edəcəyi halda ona bir dollar verəcəyini vəd edib. Zalda gülüşmələrə səbəb olan bu fikrə Nulandın cavabı daha maraqlı olub: “Sadəcə bir dollar? Dollar alacağımı düşünmürəm. Bəlkə türk lirəsi?". Jurnalist isə hətta ona yeni bir iş tapa biləcəyini deyərək zalda növbəti gülüşlərə səbəb olub.

Jurnalist Suriyada müharibənin davam etdiyini, ölən və yaralıların olduğunu söyləyərək ABŞ XİN-in sözçüsü Nulandın bu barədə fikrini öyrənib. Nuland isə suala cavab verməyərək bu haqda danışmaq istəmədiyini dilə gətirib.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et