525.Az

Azərbaycanda beynəlxalq İKT konfransı keçiriləcək


 

Azərbaycanda beynəlxalq İKT konfransı keçiriləcək<b style="color:red"></b>  Azərbaycan Texniki Universitetində oktyabrın 27-28-də “İnformasiya-kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
 
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar (RYTN), Təhsil nazirlikləri və Azərbaycan Texniki Universiteti konfransın təşkilatçıları qismində çıxış edəcək.
 
RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, konfrans müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində elmi nailiyyətlər barədə müzakirələr və fikir mübadiləsinin aparılması, alimlərin və mütəxəssislərin elmi işlərinin stimullaşdırılması,  elm və təhsil sahələrində beynəlxalq əməkdaşlıq, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, müasir İKT-nin inkişafı ənənələri və  perspektivlərinin müzakirəsi məqsədlərini daşıyır.
 
Konfrans rabitə nəzəriyyəsi, müasir informasiya texnologiyaları və informasiyanın mühafizəsi, müasir naqilsiz  rabitə texnologiyaları, telekommunikasiya şəbəkələri və sistemləri, təsvirlərin emalı üsulları və vasitələri, kompüter şəbəkələri və  idarəetmə sistemləri bölmələrini ehtiva edəcək.
 





14.04.2014    çap et  çap et