525.Az

Vaqifin Allahı, Allahın Vaqifi....


 

Vaqifin Allahı, Allahın Vaqifi....<b style="color:red"></b>

Barat VÜSAL


Vicdanın
qaçqın düşdüyü bir dövrdə yaşayırıq.  Yolun özünün yol tapmadığı dünyada yaşamaq çox çətindir.”Yer üzündə yolçu var.Yer üzünə sərilmiş...”  Aman Allah! Yer üzü necə balacaymış. Qəribədir,insanlar yer üzünə nədən ötrü gəlirlər? Bundan ötrümü:


...
kimi gözlədiyi qatarın,

Gecikdiyindən qorxur,

Kimi

Ölüb gedənlərin

Gələcəyindən...

Bu qəribəlikbu qəriblik   bu qaraqorxu içində hələ insan sanki Allaha yox, Daşa təslim olur.  Bu cür narahatlıq içində Daş ürəklə daş evlər tikir özünə,başdaşı qoyulmuşevlərdə  məzarda axır ki, “rahatlanır”.

Axtarsan Kəbədə hələ bu bədbəxt Allahla yox,Daşla üz-üzədir?!

Quşa daş atır, daşa daş atır, başa daş atır ayaqlara düşür.Elə bil,torpaqdan yaranan torpağa dönmək istəmir!

Daşa dönür, niyə!?

...Allah baxıb ağlayır...

Peyğəmbər o yandan car çəkir beləcə:

Hələ ki, vaxt qalıb, utanma nahaq,

Utanma mənimlə insan olmaqdan...

lll

Vaqif Səmədoğlu məşhur şair olmaqla yanaşı məşhur musiqiçidir(pianoçudur) çaldıqlarını da notsuz, köksüz çala bilir...

Gərəksiz, işlənmiş şeylər atılıb,

Bağlar arasının dar yollarına.

Dünya qulaq asır bu yay gecəsi

Hasar qonşumuzun köksüz tarına!

Bu tarı Allah da dinləyir!

Vaqif qaranlığı işıq, işığı qaranlıq hesab edən şairdir. “Qaranlıqlar üsyanının başçısıdır!

Mənə bir çıraq qaranlıq verin,

Bu işıqda yol tapım özümə!

deyirsə, bu böyük müdrikin,mütəfəkkirin demək istədiyini ancaq ancaq yazdığı digər şeirlərlə anlamaq olar. Həm o şeirlərlə ki...

...Sükut üstündə quş səsiylə cızılıb,

 Bu dünyanın ən qədim

yazısıyla yazılıb.

Vaqif öz şeirlərini Allahın iznilə dünyanın ən qədiməlifbasıyla” – barmaq iziylə (möhürlə!) yazır. Necə ki,köhnə kişilər barmaq iziylə qol çəkirdilər.Vaqif şeir yazmır. Qol çəkir! Məhz belə şairlərin gözünəgöylərin yazısından nöqtə yeri görünür”.

lll

Himalay dağlarında yüzdən çox dağ var.Ancaq bunu  hamı bilirmi?! Baxıb görə bilirmi?! Bundan ötrü neyləmək lazımdır?!

Əlbəttə,yalnız yalnız Allahla baş-başa qalmaq! Onda Vaqif olarsan,çox şeydən vaqif olarsan deyərsən (deyə bilərsən):

...Yolda qoymaz Allah məni!

Onda hər gədə-güdənin sənivurmasınafikir verməzsən, ”Allah özü məni vursunqərarınıçıxarmaqdan da qorxmazsan!

Vaqifin Allahı belə inam, qüvvət, cəsarət, qorxmazlıq bəxş edir insanlara.

Allahın vaqifihəyat insanın deyil, insanlarındırdeyir.

Vaqifin Allahı  təkcə özünün deyil, bütün insanlarındır.

Allahın vaqifi isə həm allahın, həm insanların vaqifidir!

Vaqifin kredosu belədir:

...İnamla, Allahla dolmaq,

hər yerdə, hər zaman özü olmaq!

Vaqif Allahın (Allahının!) kefinin yaxşı olması üçün yaşayır, yazır, yaradır!

Min şükür deyərdim verdiyi günə,

Bilsəydim Allahın kefi necədir?!

Yox, təvazökarlıq edir burda şair. O,Allahın kefinin necə olduğunu həmişə hamıdan yaxşı bilir.

Vaqif Allahın kefinin yaxşı olması üçün şeir yazır...Vaqif Allahdan danışanda, Allahla danışanda sanırsan ki, Allah budu- burdadır: “Darıxma, gözlə... indicə gəlirəm, Allaha bir  söz deyib”...

lll

Vaqifin seirlərində sufiyanə duyğular da maraq doğurur.

Mövlana deyirdi ki, “Ölüm mənim üçün toy gecəsidir, şəbü-aruzdur”.

M.P.Vaqif deyirdi:  Toybayramdır bu dünyanın əzabı!”

Bəs H.Arif yazırdı?! “Arif ölüb, dedilər, Ölümə qurban olum!”

Bəs Vaqif Səmədoğlu deyir: “Göy üzünə bıçaq verin, Allaha qurban olum!”

Elə buradanca bir həqiqət bir daha aydın olur.

N.F.Qısakürəyin dediyi həqiqət: “Sənətin məqsədi Allahı aramaqdır!”

Özümü zorla

darta-darta çəkib.

Şeirlərimə gətirdim.

Gördüm yenə

Bir sözə,

Bir Allaha bəndəm...

lll

Vaqif Səmədoğlunun Allahı hamının Allahı yox, öz Allahıdır.

Hamının Allahı Vaqifin Allahı deyil.

Mənə elə gəlir ki, Vaqif həmişəiçindəki, uzağı” (Ş.Təbrizi)-“Uzaq, yaşıl ada axtarır.Vaqifin fikri-zikri, canı ordadır.

Onu oraya çəkən nədir?

Bəlkə onun dediyi Allah da ordadır?!

Son ucu-ümid yeri!

Sonucu-ümid yeri!

Sonuncu-ümid yeri!

Vaqifin şeirlərindəuzaqdan yaxın bir şey yoxdur yer üzündə.” “... yenə, yenə uzaq planet Allahdır, Allah”.

Allahın kölgəsi düşüb dünyaya”, “Gəminin yeri yox lövbər atmağa”, “Dənizdə dəniz batır,” “duman Allaha yetməmiş dua tək enib aşağı”, “Göy üzündə buludlar yamaq-yamaqdır”, “Yer üzünə daha sığmır, göy üzünə yazılır qürbət”,

Allah insanlardan gözəldir”, “Dəlixanada axşamdır, dəli Qabil yer süpürür”, “Yeni eradan əvvəl yaşayırıq hamımız”, “Biz unutmuşuq hər şeyi, ancaq heç çıxmayıb Allahın yadından”.

Vaqif dillənmədən eşidilmək istəyir, Susa-susa danışmaq istəyir, şeir yazmadan şeir yazır!? Bunu kim bilməsə , üz tutduğu Allah bilir!

lll

Dünyada Vaqif Səmədoğlu qədər Allahlı şairlər çox azdır.Allahını hiss edən, hiss etdirənlər çox azdır. Bax, belə:

Allah

gündə bir kərpic düşür

ömrümün sarayından...

Allah

gündə bir kərpic düşür

ömrümün...

Allah

gündə bir kərpic düşür...

Allah

Gündə bir kərpic...

Allah

gündə bir...

Allah

         gündə...

              Allah.

Öz  strukturu etibarilə hələ Allahın varlığının bu sayaq dərkinə başqa bir şairdə rast gəlməmişəm. Allahla başlayıb Allahla bitir bu şeir... Deməli, doğrudan da dünyada əbədi olan bircə söz varmış:Allah!

Vaqifin şeir kitabları, dramları, mahnıları öz yerində.Vaqifin məncə bircə şeiri, əsəri var: ”Allah!” təkcə bu şeirə (əsərə) görə Vaqif Səmədoğlu dünyanın ən dahi şairlərindən biridir! Ən qatı allahsız adam bu şeiri oxuyandan sonra Allaha inanmaya bilməz.

...O dünyadan elə danışırıq ki,

Guya ruhlar bizim ruh olmayacaq.

Bizi öz qoynuna almaqdan ötrü

Guya başqa Allah açacaq qucaq?!

Vaqif, Allahın hər iki dünyasına inanır. O dünyaya inanmaq mühüm fəlsəfi kateqoryalardan birinə-əksiliklərin vəhdəti qanununa-hər şeyin Allahdan başqa ikili xarakterdə olmasına inanmaq deməkdi.


lll

Deyəsən, Vaqif Allahla hər dildə danışmaq da istəyir danışa bilir.

Amma rusca danışmağı daha çox sevir:

Allah, çoxdu günahım,

qospodi, prosti!

Biz bəzən Allaha inanmırıq.Vaqif belə demir: Deyir ki, “Biz yox, Allah inanmır bizə!”

lll

... “Vaqif Səmədoğlu poeziyası Allahla söhbətdir” (Anar)

Vaqifin poeziyası dünyanı insana,insanı dünyaya yaraşdıran poeziyadır.Vaqifin poeziyası İnsanı Allaha,Allahı İnsana yaxınlaşdıran, qovuşdurmaq istəyən (qovuşduran!) poeziyadır!

Vaqifin poeziyası İnsanı Allahla Allahı insanla baş-başa qoyan poeziyadır!

Vaqifin Allahı belə Allahdır.

Yaratdıqlarıyla birgə olan, birgəoturub-duran”. Vaqif onçün vaqifdir Allahına! Allahın vaqifi belə olar:Vaqif Səmədoğlu kimi!

Məzarıma

      başdaşı qoyun,

       heykəl.

bir cüt ayaqqabı qoyun.

ayağıyalın

 geyib getsin.

Bu misraları da Vaqif demir, Vaqifin Allahı (Vaqifin Allahlılığı!) dedirdir.

Allahın vaqifi deyir!

Vaqif inanır Allahına...

Başqaları ikiyə bölünəndə ölür.

Vaqif ikiyə bölünəndə şeir yazır.

Allah, məni yarı öldür,yarı saxla ağlamağadediyi vaxtlar...

Dünyanın ən gözəl şeirləri zamandı həmVaqifin Allahınının, həm   Allahın  vaqifinin əliylə yazılır!..

...Allaha inanan

Gecəmdir yenə,

Şeir oxuyuram

Dua yerinə!

Sağ ol Vaqif, mən elə bunu demək istəyirdim!

 lll

Bütün dinlər soyuqdu,

Təkcə əllərin isti.

Allah, keç günahımdan

Qospodi, prosti...

... kağız üzərində

yer üzünün bütün məntiqlərinə

meydan oxuyan qələmimin təkliyini dəyişmərəm

bir dövlət bayrağının kölgəsinə,

bir qadın səsinə,

övlad nəfəsinə,

, bağışla, Allah, sənə!

Vaqif  belə şeirlər (belə şeylər) yazmaqdan qorxmur, hətta hər qara xəbərdən .Qorxduğu başqa şeydir. “Birdən Allah ondan üz döndərər bu onun üçün dünyanın ən qara xəbəri ola bilər”. belə qara xəbərdən kim qorxmaz ki!

...Bu gün çoxdan olubmuş,

Sanki dünən olubmuş

Sabahın özü .

Bu sahilsiz dənizdə

Bir saman çöpü imiş

Allah özü ...

Bu nədir bəs! Vaqif neynəyir?Allahıyla ərklə danışır,yoxsazarafatlaşır?” yoxsa oyun oynayır?!

Hər halda...Məncə Vaqifin Allahı bunu küfr saymaz,hər halda... Vaqifin Allahı onu bu sözlərinə görə bağışlaya bilər:

Kimin var, ulu tanrı,

Məndən savayı bu dünyada?

Kimim var səndən başqa

Bu aləmdə mənim?

Sən tək,mən tək...

Ulu tanrı...

lll

26 yaşında Vaqif  Səmədoğlu bir poema yazıb  Şəffaf balıq”. Dənizin içindəydi onda, o gecədə, şəffaf balığın yanında. OndaDənizin içində , balığın içindən keçirdi vaxt

Özü boş-boşuna...

Öz ölümündən qorxmurdu,ümidin öləcəyindən qorxurdu.Sahilə doğru yan alıb,sahilin torpaqla çəftələnmiş qapısını döyür deyir:

Çox döydüm,

Çox döydüm,

Çox!

Açdılar qapını.

Uzatdım asılqaya

Bir insan ömrünün ahını.

Aldım

ciyərlərimi,

qollarımı,

ayaqlarımı,

qalan günlərimin saatlarını,

İnsanımı geydim.

İnsan ağzıylaYoxam  deyən Allah beləcəvaram dedi insana- “Mən burdayam ilahideyənə!

P. S. Vaqif hər şeir yazanda gizlənmək istəyir.

Deputat seçkiləri zamanı mən onun iki dəfə vəkili olmuşam.

Bir dəfə mənə dedi:

A Barat, yaman gizlənməyim gəlib.

Gördü təəccüblə baxıram,əlavə etdi:

Yəni şeir yazmaq istəyirəm!

Əslində beləgizləndiyivaxtlarda Vaqif Allahı axtarır yəqin ki,Allah da Vaqifi.

Vaqif Allahı axtaranda, şeir yazanda Allahın onu axtardığını görüb deyir: “Mən burdayam, İlahi”. Allahsa bəlkə belə deyir:  Belə deməyə ehtiyac yoxdu. Həmişə gözüm üstündədi.Birdə ki... burdayam, burdayam, salmısan. Haralarda  olduğunu (haralarda olmadığını!) guya mən bilmirəmmi,  a Vaqif?!”

...Bir dəfə yenə seçkilər dövrüydü.

Mən Vaqifə dedim:

Sənin bu Moşu Göyəzənlin necə şairdir ki, hələ Xoşbaxtlıqsözünə qafiyə tapa bilməyib... Amma mən tapmışam.

De, görüm!

Bir yerə onlarla, bəzən 30-40 namizədin olması nəyi göstərir? Az qala bütün xalq deputat olmaq istəyir, elədirmi?

Elədir.

Onda belə bir qafiyə alınır:

Xoşbaxtlıq! Xoşbaxtlıq!

Nədi bunun qafiyəsi:

Əlbəttə,deputatlıq!

Vaqif şaqqanaq çəkdi.

A Barat,- dedi, – vallah, sən Moşudan böyük şairsən!

O vaxt xoşbaxtlıq sözünü zarafatla belə hallandırsaq da, əslində xoşbaxtlıq tamam başqa bir şeydir.

XoşbaxtlıqAllahı tanımaqdır!

XoşbaxtlıqAllahlı ola bilməkdir!

Allahla baş-başa qalmaqdır!

Böyük sənətkar olaraq yaza bilməkdir!

Yaza-yaza yazmamaqdır!

Yazmaya-yazmaya yazmaqdır!

Xoşbaxtlıqgizlənə bilməkdir!

XoşbaxtlıqVaqif olmaqdır.

Xoşbaxtlıqsevilməkdir, axtarılıb aranmaqdır,Vaqifin Allahı tək.

Xoşbaxtlıqhər şeydən agahlıq,

vaqiflikdir!

Vaqif xəstələnməyib.

Vaqif gizlənib...

Vaqif şeir yazır!

Allahıyla baş-başa!

Allahın vaqifi tək!

30.01.14

 





14.04.2014    çap et  çap et