525.Az

Yükdaşıma tarifləri cüzi ucuzlaşıb


 

Yükdaşıma tarifləri cüzi ucuzlaşıb<b style="color:red"></b> 2014-cü ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, martda sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində hava nəqliyyatında MDB ölkələri və digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşıb.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz azalıb, dəmiryol nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz ucuzlaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
 





14.04.2014    çap et  çap et