525.Az

Nigar Köçərli: "Kitab sərgi-yarmarkalar hər bazar günü olsaydı, çox gözəl olardı"


 

Nigar Köçərli: "Kitab sərgi-yarmarkalar hər bazar günü olsaydı, çox gözəl olardı"<b style="color:red"></b>

"Qiymətlərdə 10 faiz endirim etmişik. Bu cür kitab sərgi-yarmarkalar hər bazar günü olsaydı, çox gözəl olardı. Məncə, yarmarka üçün bu yer də uyğundur, buranın da çox gözəl aurası var. Amma Fəvvarələr Meydanı daha yaxşıdır. Keçən dəfə Sabir bağında keçirilən sərgidə insan axını nisbətən az idi. Bu gün isə bayram əhval-ruhiyyəsi var".

Bu fikirləri dünən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Filarmoniya bağında keçirdiyi Milli Müstəqillik Gününə həsr olunmuş «Müstəqilliyimiz əbədidir» adlı kitab-sərgi yarmarkasında «Əli və Nino» kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.

S.MÜRVƏTQIZI

 





19.10.2012    çap et  çap et