525.Az

"Ümid" yarışı sona çatıb


 

"Ümid" yarışı sona çatıb<b style="color:red"></b>

Azərbaycan Hava Ekstremal İdman Növləri Federasiyasının 12-13 aprel 2014- il tarixlərində "Clim Baku" idman dırmanması mərkəzində yeniyetmə gənclər arasında idman dırmanması üzrə keçirdiyi növbəti "Ümid" yarışı sona çatıb. Azərbaycan Hava Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən "525"ə verilən məlumata görə, yarışın final mərhələsində qaliblərə diplomlar təqdim olunub.

Çempionatın nəticələri belədir:

Oğlanlar arasında sürət üzrə final mərhələsi: 1. İnciyev Şamil ("FHN"), 2. Xanlarov Atabəy ("FHN"), 3. Abdullayev Fuad ("Qafqaz").

Qızlar arasında sürət üzrə final mərhələsi: 1. Novruzova Fidan ("Qərb Universiteti"), 2. Musabəyli Azadə ("AMEAST"), 3. Altuxanova Lalə ("Salavat")

Oğlanlar arasında bouldrinq üzrə final mərhələsi: 1.Abdullayev Fuad ("Qafqaz"), 2. Qədirli Qorxmaz ("AMA"), 3. Pupov Anton ("Climclub").

Qızlar arasında bouldrinq üzrə final mərhələsi: 1. Musabəyli Azadə ("AMEAST"), 2.Əliyeva Süsən ("Rock Stone"), 3. Novruzova Fidan ("Qərb Universiteti").

Yeniyetmə gənclər arasında idman dırmanması üzrə "Ümid" çempionatında komandalararası yarışında ümumi nəticələrə görə FHN "Ekstremal" idman komandası I, "AMEAST" komandası II,  "Qərb Universiteti" komandası isə III yerə çıxıb.

AQİL

 





15.04.2014    çap et  çap et