525.Az

BSU yeni əməkdaşlığa hazırlaşır


 

BSU yeni əməkdaşlığa hazırlaşır<b style="color:red"></b>

Rusiya Federasiyası Ulyanovsk vilayəti Qubernatorunun administrasiya rəhbərinin müavini - Daxili Siyasət İdarəsinin rəisi Olqa Vladimirovna Nikitenko beynəlxalq əlaqələri daim genişlənən Bakı Slavyan Universitetinin qonağı oldu. Qonaq universitetlə tanışlıq çərçivəsində BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna tədris-mədəniyyət, Bolqar  Dili Mədəniyyəti, Türkiyə Araşdırılma mərkəzləri ilə tanış oldu.

Görüşü açan BSU-nun rektoru prof. A.A.Hacıyev qonağı tədbir iştirakçılarına təqdim etdi onun universitetə Rusiyanın Ulyanovsk vilayətindən gələn ilk qonaq olduğunu nəzərə çatdırdı. O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış bu ali təhsil ocağının nadir ixtisaslar üzrə peşəkar kadrlar hazırladığını bildirdi. BSU-da rus dilinin tədrisi təbliğinin mühüm mövqe tutduğunu vurğulayan rektor universitetdə fəaliyyət göstərən "Moskva auditoriyası" Rusiya Tədris-Mədəniyyət Mərkəzindən, burada rus dilinin tədrisi, pedaqoji filoloji ixtisaslar üzrə peşəkar kadr hazırlığı istiqamətində qazanılmış nailiyyətlərdən, Rusiyanın nüfuzlu ali məktəbləri ilə qurulmuş əlaqələrdən danışdı, azərbaycanlı tələbələrlə yanaşı əcnəbi tələbələrin rus dili ixtisası üzrə yüksək dərəcədə təhsil aldıqlarını qonağın nəzərinə çatdırdı. Rektor qardaş Türkiyənin bir sıra universitetlərində BSU müəllimlərinin rus dilini tədris etdiklərini vurğuladı.

Azərbaycana ilk dəfə gəldiyini bildirən Olqa Vladimirovna BSU-da qonaq olmağın onun üçün sevindirici hal olduğunu söylədi. Səfərinin Ulyanovsk vilayəti ilə Azərbaycan arasında olan əlaqələri genişləndirmək məqsədi daşıdığını qeyd edən qonaq bu zəmində BSU-ya gəlişinin əsas məqsədinin  Ulyanovsk vilayətinin  qabaqcıl təhsil müəssisələrinin Bakı Slavyan Universiteti ilə  əməkdaşlıq əlaqələrinin yaradılması inkişaf etdirilməsi olduğunu vurğuladı. Ulyanovsk Dövlət Pedaqoji Universitetinin rektoru ilə Azərbaycana səfəri ərəfəsində görüşü zamanı onun da məhz bu təhsil ocağı ilə əlaqə yaratmaq istəyinin olduğu qeyd etdi. Bakı Slavyan Universiteti ilə Ulyanovsk vilayətinin universitetləri arasında tələbə-müəllim mübadiləsinin, müştərək elmi konfransların seminarların təşkil olunmasının, birgə elmi-metodik vəsaitlərin hazırlanmasının uğurlu olacağına inandığını bildirdi.

Qonaq sonda müəllim tələbələrin çoxsaylı suallarını cavablandırdı tələbələrlə xatirə şəkilləri çəkdirdi.

Günay  ƏLİYEVA

 





15.04.2014    çap et  çap et