525.Az

Polşa universitetlərində "Qarabağ guşəsi"


 

Polşa universitetlərində "Qarabağ guşəsi"<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Polşanın universitetlərində "Qarabağ guşəsi" yaradılıb.Layihənin koordinatoru,tədqiqatçı - alim Nəsiman Yaqublu  tədbirlərlə bağlı "525-ci qəzet"ə bunları deyib:

"Bu layihəni həyata keçirməkdə başlıca məqsəd Qarabağ həqiqətləri ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti,  eləcə ərazi iddiaları ilə bağlı məlumatları Avropa ictimaiyyətinə çatdırmaqdır.Bundan ötrü biz geniş bir layihəni reallaşdırmaq fikrindəyik.İlk öncə bu işi Şərqi Avropa   ölkələrindən başlamağı qərara aldıq.Bildiyiniz kimi bu gün Polşa Avropada önəmli rol oynamağa təsir imkanlarını genişləndirməyə çalışan ölkələrdən biridir.Biz ilk öncə Varşavada ciddi nüfuzu olan Vistula Universitetində tədbir keçirdik.Bu Universitetdə 5 mindən cox tələbə təhsil alır.Universitetdə yaratdığımız "Qarabağ guşəsi" orada təhsil alan tələbələr böyük maraq göstərdi.Guşəmizdə 50- qədər Qarabağla əlaqədar sənədlər,kitablar arxiv materialları nümayiş etdirilirdi.Buradakı tələbələrə ingilis,polyak rus dillərində məlumat verilir, onların sualları cavablandırılırdı.Eyni zamanda biz 20-dən cox Qarabağla əlaqədar kitabın elektron versiyasını disklərdə tələbələrə payladıq.Qeyd edim ki bu elektron kitablar ingilis rus dillərində hazırlanmışdı.Biz Vistula universitetinin kitabxanasına da Qarabağla bağlı çoxlu kitab verdik.

Digər tədbirimiz Varşava universitetində keçirildi.Buradakı tədbirimizdə əsasən  tarix fakultəsinin tələbələri iştirak edirdi. Onlar üçün sənədlər cox maraqlı idi.Tədbirlərimizi həmçinin Universitetlərin yataqxanalarında da davam etdirdik.Bunun nəticəsində çoxlu sayda tələbələrə Qarabağ haqqında məlumatlar verildi elektron kitablar paylanıldı.Biz eyni zamanda Qarabağla bağlı ingilis rus dilində olan kitabları həmin kitabların elektron versiyalarını Varşava universitetinin,Tarix İnstitutunun,Milli Kitabxananın arxivinə verdik ümumi kataloqlarda yerləşdirdik.Yəni bundan sonra xarici ölkə tələbələri Qarabağla bağlı araşdırmalar apararkən həmin ölkələrin media qurumları yazılar,verilişlər hazırlayarkən ermənilərin yox, bizim məlumatlarımızdan faydalanmaq imkanı əldə edəcəklər.

Bu sahədəki fəaliyyətimizi  digər ölkələrdə davam etdirəcəyik".

Məhəbbət  HACIYEVA

 





15.04.2014    çap et  çap et