525.Az

Pakistanda Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib


 

Pakistanda Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib <b style="color:red"></b>

Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov M. Əliyevanın təşəbbüsü dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil humanitar sahələrində silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, Fondun, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət qayğı göstərdiyini bildirib. Daha sonra səfir Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr verib, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim edib.

Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa icraçı direktoru Şahida Riaz çıxışlarında Azərbaycanın birinci xanımının göstərdiyi diqqət qayğıya görə minnətdarlığını bildiriblər. R. X. Mustafa M. Əliyevanın kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu qeyd edib.

Ş. Riaz çıxışında Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, 100-dən çox sakini olan kimsəsizlər evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır, zəruri tibbi yardım ilə təmin edilirlər. Hazırda uşaqlar evində yenidənqurma işlərinin aparıldığını, ərazidə yeni yaşayış təhsil bloku tikildiyini qeyd edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirib.

Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış uşaqlar səhnəciklər nümayiş etdirib, mahnılar oxuyublar.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaqlar evinin yaşayış tədris binaları ilə, burada aparılan yenidənqurma işləri ilə tanış olublar.

Sonda Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə verən D. Şikarov Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, M. Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışıb.

 





15.04.2014    çap et  çap et