525.Az

İki Ermənistan vətəndaşı Azərbaycan sərhədində minaya düşüb


 

İki Ermənistan vətəndaşı Azərbaycan sərhədində minaya düşüb<b style="color:red"></b>

Bu gün Ermənistan-Azərbaycan sərhədində iki nəfər Ermənistan vətəndaşı minaya düşüb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.
 
Məlum olub ki, 1958-ci il təvəllüdlü Rafik Muxsudyan və 1965-ci il təvəllüdlü Qabriel Babkyan ot biçərkən minalanmış əraziyə gedib çıxıblar. Partlayış nəticəsində R.Muxsudyan ölüb, Q.Babkyan isə yaralanıb.

 





15.04.2014    çap et  çap et