525.Az

ATƏT Parlament Assambleyası prezidentinin Azərbaycana səfəri başlayıb


 

ATƏT Parlament Assambleyası prezidentinin Azərbaycana səfəri başlayıb<b style="color:red"></b>

ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA-nın xəbərinə görə, nümayəndə heyətini Heydər Əliyev Hava Limanında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycanın Monteneqrodakı səfiri  Eldar Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Səfər aprelin 17-dək davam edəcək.
 
ATƏT PA prezidentinin MM sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.
 
Səfər çərçivəsində Azərbaycan MM-lə ATƏT PA arasında Assambleyanın Bakıda olacaq  23-cü illik sessiyasının keçirilməsinə dair saziş də imzalanacaq.

 





15.04.2014    çap et  çap et