525.Az

Hüseynbala Mirələmovla Qafqaz Universitetində görüş


 

Hüseynbala Mirələmovla Qafqaz Universitetində görüş<b style="color:red"></b>

UNİVERSİTETİN ƏDƏBİYYAT KLUBU YAZIÇININ "VİCDANIN CƏZASI" KİTABININ MÜZAKİRƏSİNİ TƏŞKİL EDİB

 

Oxucu məhəbbətini qazanmaq hər qələm əhlinə nəsib olmayan böyük xoşbəxtlikdir. Əgər bu oxucular tələbə - gənclərdirsə, bu ikiqat xoşbəxtlikdir. Artıq bir neçə ildir ki, Qafqaz Universitetində müasir türk Azərbaycan yazıçıları ilə görüşlərin təşkil olunması ənənə halını alıb.

Bugünlərdə universitetdə fəaliyyət göstərən Ədəbiyyat klubunun təşkilatçılığı ilə millət vəkili, yazıçı Hüseynbala Mirələmov ilə görüş keçirildi. Bu görüşdə yazıçının "Vicdanın cəzası" adlı kitabı müzakirə edildi. Görüşdə universitetin rektoru Ahmet Sanıç, universitetin müəllim professor heyəti iştirak edirdi. Müzakirələrdən öncə yazıçının həyat yaradıcılığı haqqında qısa metrajlı film videoçarx nümayiş edildi. Universitetin Qafqaz Araşdırmaları İnstitutunda türkologiya şöbəsinin müdiri vəzifəsində çalışan filologiya elmləri doktoru, professor Minaxanım Təkləli-Nuriyeva giriş sözü ilə çıxış edərək yazıçı Hüseynbala Mirələmovun şəxsiyyətinin ədəbi yaradıcılığının bir vəhdət olduğunu vurğuladı.

Universitetin Azərbaycan dili ədəbiyyatı bölməsinin müdiri, filologiya elmləri doktoru, professor Akif Hüseynli  ədibin  Qarabağ müharibəsindən bəhs edən əsərləri haqqında danışdı.

"Vicdanın cəzası" kitabına daxil olan əsərlərin müzakirəsi səmimi bir şəraitdə keçdi. Tələbələrin Hüseynbala Mirələmova ünvanlanan sualları yazıçının yaradıcılığı haqqında maraqlı fikirləri mövqelər səsləndirildi. Yazıçı çıxış edən bütün tələbələrin fikirlərini yüksək qiymətləndirdi gənclərlə görüşməkdən məmnun olduğunu bildirib, onların suallarını cavablandırıb.

Görüş iştirakçılarının "bu kitabında üçün məhz Qarabağ, erməni- Azərbaycan mövzusuna toxunması" sualına müəllif həmin hadisələrin şahidi olduğunu Azərbaycan tarixi üçün ağır dəhşətli olan faciələrə səssiz qala bilmədiyini, məhz bu olanları gələcək nəsilə ötürmək üçün yazılmasını vacib bildiyi üçün qələmə aldığını bildirdi. Müzakirə boyunca Qarabağ bölgəsindan olan tələbələrin ailələrindən eşitdiklərini bölüşərək öz fikirlərini bildirmələri xüsusi maraq doğurdu. Hüseynbala Mirələmovun diqqətini çəkən xüsusi bir məqam bu görüşün Ədəbiyyat klubu üzvləri tərəfindən təşkil olunması oldu. Tələbə gənclərin sosial fəaliyyətini dəyərləndirən yazıçıya universitet rektorunun "Mən sizin kimi bu tədbirə dəvətliyəm. İnanın, gün ərzində tələbə klublarının bir neçə layihələrində iştirak edirəm. Bu tədbirləri təqib etmək bəzən vaxt ölçüsünə sığmır" cavabı Ədəbiyyat klubunun fəaliyyəti ilə daha yaxından tanışlıq istəyini yaratdı. Klubun tanıtımı təqdimatına aid olan videoçarx nümayiş olundu. Yazıçı Hüseynbala Mirələmov klubun fəaliyyətini çox yüksək qiymətləndirdiyini müxtəlif universitetlərdə belə görüşlərdə iştirak etməsinə baxmayaraq, Qafqaz Universiteti tələbələrinin gənclərlə görüşməkdən məmnun olduğunu bildirib, onların suallarını cavablandırıb.

Yazıçı onun yaradıcılığına burada maraq göstərildiyini önə çəkərək, hələ bir ay əvvəl Universitetin səhnəsində dram dərnəyi üzvlərinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın quruluşunda "Xəcalət" tamaşasını yüksək səviyyədə nümayiş olunmasını bir daha alqışladı. O, tələbələrə mütaliənin önəmindən bəhs edərək çox oxumağı məsləhət gördü gələcək zamanlarda yenidən belə görüşə gəlməkdən məmnun olacağını dilə gətirdi. Görüşün sonunda rektor Ahmet Saniç Hüseynbala Mirələmovun müxtəlif önəmli vəzifələrdə çalışmasına baxmayaraq mütaliə edib, əsərlərini qələmə almasını təqdir edərək, tələbələrə müraciətlə zamanın elastik olduğunu, qədər çox şey sığışdıra biləcəyimizi anladaraq vaxtdan düzgün istifadəyə çağırdı. Rektor Ahmet Saniç millət vəkili Hüseynbala Mirələmova universitetin sənət kursları tələbələrinin əl işlərindən bir ebru sənəti nümunəsini hədiyyə etdi. Görüş yazıçı ilə görüş iştirakçılarının xatirə şəklinin çəkilməsi, yazıçı Hüseynbala Mirələmovun öz kitablarını imzalaması Qafqaz Universitetinin müəllim tələbə heyəti ilə xatirə şəkli çəkdirməsi ilə yekunlaşdı.

Lalə ƏHMƏDLİ

 





15.04.2014    çap et  çap et