525.Az

Hilal Məmmədovun cəza müddəti uzadıldı


 

 Hilal Məmmədovun cəza müddəti uzadıldı<b style="color:red"></b>

Tolishi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə APA-ya vəkil Xalid Bağırov məlumat verib. X. Bağırov H. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin istintaq orqanının vəsatəti ilə 4 ay artırıldığını deyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, həyata keçirilən tədbirlər nəticəsində Hilal Məmmədovun üzərindən 5 qramdan artıq heroin götürülüb. Onun yaşadığı evdə isə 30 qrama yaxın heroin aşkar edilib. H. Məmmədov ev dustaqlığına buraxılması barədə ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun müraciətini təmin etməyib. Bundan sonra H. Məmmədov apellyasiya şikayəti verib.

H. Məmmədov “Tolishi Sado” qəzetinin baş redaktorudur. “Tolishi Sado” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov isə 2008-ci ildə casusluqda ittiham olunaraq həbs edilmişdi.

N. Məmmədov 2010-cu ildə həbsxanada xəstəlikdən dünyasını dəyişib.

 





19.10.2012    çap et  çap et