525.Az

"Dünyanın mədəniyyət rəngləri" mövzulu yarışmaya start verilib


 

"Dünyanın mədəniyyət rəngləri" mövzulu yarışmaya start verilib <b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Bakı şəhərinin uşaq yaradıcılıq mərkəzləri arasında "Dünyanın mədəniyyət rəngləri" mövzusunda müxtəlif xalqların milli kuklalarının hazırlanması bədii kompozisiyasının təqdimatı üzrə yarışma keçirir.

Kitabxanadan yarışma müxtəlif xalqların kuklalarının milli geyimlərinin düzgün seçilməsi, əl işlərinin olan kuklaların sərgidə nümayişi, müvafiq ölkəyə məxsus nağılın şirma formasında təqdimatı, çarxlı (video ya foto) slaydın hazırlanması (5-7 dəqiqə), milli geyimdə həmin xalqın rəqsinin təqdimatı (5-7 dəqiqə) nominasiyaları üzrə nəzərdə tutul ub. Müsabiqədə iştirak üçün mayın 10-dək müraciət etmək olar. Yarışmanın qalibinə kubok kompyuter dəsti, nominasiyalar üzrə qaliblərə isə diplom bahalı hədiyyələr təqdim ediləcək.

S.ABDULLAYEVA

 





16.04.2014    çap et  çap et