525.Az

Fikrət Sadıqın şeirləri


 

Fikrət Sadıqın <b style="color:red">şeirləri</b>

 

SƏMA CİSMLƏRİ

1. GÜNƏŞ

 

Dan yeri sökülür, oyanır Günəş,

Sevinmiş kimidir sanki uçunur.

Səmaya sığışmır titrək telləri,

Telin bir ucu od, o bir ucu nur.

 

Milyon illərdir ki, beləcə durur,

Bircə həniriylə oyadır yeri.

Ona çox yaraşır məğrur duruşu,

Cəzb edir, fırladır səyyarələri.

 

Əbədi zülmətdə qaynayır, daşır,

Min aləm yaradır bir od kürəsi.

Onun övladıdır qövmi-bəşər ,

Yerin dağı-daşı, kərə-kürəsi.

 

İşıq zərrə-zərrə nizamla axır,

Şimala, Cənuba, Şərq ilən Qərbə.

Burda Gecə-Gündüz gəzişir qoşa,

Zaman da bölünür burda dörd rübə.

 

Hər rüb fövqəladi xalça naxışı,

Birər-birər buta - Yaz, Yay, Payız, Qış.

Bütün kürrələrin gözəli Yer ,

Bizə Vətən olmuş,  yurd-yuva olmuş.

 

Dörd ünsür bundan,  dörd qızıl kərpic

Su, od, torpaq, nəfəs - bütün məxluqat.

Başımızın üstdə doğma Günəş var,

Qalan günəşlərsə bizə ögey, yad.

 

Yeddi rəng bundan, gün işığında,

Qövsi-güzeh olub yanası - Günəş.

Tanrının ən böyük möcüzəsidir,

Bütün dünyaların Anası - Günəş.

 

Günəşin bir adı - nəhəng yanğındır.

Hərdənbir diksinir, püskürən oddan.

Göylərə yeni bir Günəş gəlincə

O bizi hifz edər dərddən-bəladan.

Mart, 2014

2. AY

 

("İkinci şeir")

 

Dur, ayıl apaydın Aya bax, ayə!

Ay-Yerin aynası, yerin güzgüsü.

Ulduzlar içində ən xanım-xatın,

Göylərin işıqlı bəzəyi, süsü.

 

Analar uşağa "Ay parçası", "Ay",

Aşiqlər gözələ "Ay üzlü" deyib.

Aya bənzədilən sevgililərə,

Ay da ucalardan uğur diləyib.

 

Buluda girməyi mələk misallı,

Buluddan çıxmağı şah gəlişidir.

Göydən yağış yağar, qar düşər, fəqət,

Zəriflik yağdırmaq Ayın işidir.

 

Ay - Yerin göylərdə mərd keşikçisi

Səma daşlarından qoruyur Yeri.

Bu - doğma, fədəkar Ayın qılığı,

Utandırır bütün səyyarələri.

 

Aydan doymaq olmur, Aya baxırsan,

Hamar gül üzündə çapıqlar bəlli.

Ay məğrur dayanıb öz səngərində

Daşların yeridir ona təsəlli.

 

Ay ömrü, Ay üzü - istihalədi

"Aypara", "Yarım Ay", bütöv "Bədr-Ay".

Bəzənib-düzənib, zərif, xuraman

O Günəş donunda hara gedir - Ay?

 

Ay  Yeri düşünür özündən çox

Yer ona Anadır, Ay - dəcəl övlad.

Onların bu ülvi məhəbbətinə

Paxıllıq eləyir külli-kainat.

 

Mədd-cəzr - Ayın cazibəsidir.

Gündə iki dəfə, hər axşam-səhər.

Göydən mehr yağır, sığallanır Yer,

Qabarır, çəkilir bütün dənizlər.

 

Bir , tarix bilir, qədim türklərin

Aypara çəkilib bayraqlarına.

Aypara - ərlərin başının üstdə

Sayə olub Turan torpaqlarına.

 

Yenilməz aypara - bayraqlarını

Alp-ərən igidlər çəkib aparıb.

Dünyanın al-əlvan xəritəsində

İndi parlayır ayparaları.

 

3. YER

 

Göydən baxılsa  yer, daha gözəldir.

Daha yaraşıqlı, daha işıqlı.

Hər daşı yerində, hər yeri daş-qaş,

Donu yaşıl zehli, gül-sarmaşıqlı.

Dağları sıyrılıb, göyə ucalır.

Qırçın ətəyini yuyur ümmanlar.

Baxan bir baxır, göz çəkmir, əsla!

Məsuddur uzaqdan, feyz umanlar.

 

Meh əsir canlanır sünbüllü zəmi

Ahəstə kəhrizlər, dolu bulaqlar.

Yovşanlı küdrülər, qalın ormanlar,

Al-əlvan baxçalar, meyvəli bağlar.

 

Şeh düşüb, işıldar məxmər çəmənlər

Torpağı duymaqçın ayaqyalın gəz!

Nəbzini hiss edib qürrələnərsən,

Yerdə həyat yoxsa bir çöpə dəyməz.

 

Səni yoldan elər - donub qalarsan

Dağların hörüyü billur şəlalə.

Bu yana dönsən yolunu kəsər,

Yamacda alışıb-yanan al lalə.

 

Bizim bəxtimizdən, Yer bizim Yerdir.

İnsan məskənidir indi bu dünya.

Bir-bir gəlir-gedir, əbədi deyil,

Bitirir, yetirir, puç edir sonra.

 

Dünya, məhlə-məhlə, küçəbəküçə

Ev-ev, qapı-qapı bölünüb durur.

Sonra o məhlələr, o küçələr

Ev-ev, qapı-qapı kömülüb durur.

 

İnsan şəhər salır möhtəşəm, qəvi

Vaxt onu dağıdır mürür-zamanla.

Çox yurdu mehrlə gülzar eləyib,

Çox yurdu sınayıb ahla-amanla.

 

Tayfa, qəbilə, ta bəylik, xanlıqdan

Keçib səltənətə sakin olublar.

Dünya əzəl gündən ibrət yeridir.

Göz açıb gördüyün sənə dərs olur.

 

Burda qoşa bitir xeyir , şər .

Sevgi , nifrət , haqq da, nahaq da.

Ta özü gələndən kürreyi-ərzi

İkili görübdür elə o vaxtdan.

 

Qitələr, dövlətlər, el-oba, millət

Sərhədlər içində bir-bir ya birgə.

Quru, dəniz, hava yolları xətt-xətt

Bunları bağlayır ölkəbəölkə.

 

Yerin canı qızıl, yerin qanı neft,

Yerdə qalmır, çıxır bölünür həmən.

Varın əlindədir gün, qara gün,

Güzəran dirçəlir bu bölünmədən.

 

Yer cıdır meydanı, hamı at çapır

Bu yolda yorulur adam da, at da.

Köhlən at büdrəyir, bir görürsən,

Kor yabı qazanır bu partapartda.

 

Bu ali məxluqu nəfsdir yıxan

Yerdə dedi-qodu, yerdə qeybət var.

Varlanmaq üçünmüş müharibələr,

Varlanmaq üçünmüş bütün davalar.

 

İnsanın sap-sağlam sağ əli ilə

Tala-tala olub bölünüb meşə.

Bitir, çox yaşamır, çünki zərifdir

Yerdəki qismətə dözmür bənövşə.

 

Dərzi ölçüb-biçir bir top parçanı

Bir əlində qayçı, birində arşın.

Fateh qan tökür bir çim yer üstə,

Bir qarışa fəda, bir alay qoşun.

 

Burda ər igidlər şanlı qəhrəman!

Orda ağciyərdir fərari, qorxaq.

Burda ucalıbdı göyə qalib tuğ,

Orda ayaqlara atılıb bayraq.

 

Yerdə varlı-kasıb, hər cürə adam.

Haqlısı, haqsızı, əyri-düzü var.

Yerin özü birdir, üzü birdir,

Yerdə yaşayanın min bir üzü var.

 

Sənin taleyində varsa - burda.

Ha əlləş, ha vuruş, ha yan, ha çalış!

Biri şad, o biri çarpaz dağlıdır,

Buna qu tükündən, ona daş balış.

 

Dünyaya gələndə insan gördü ki,

Qol-boyun dolaşır yerdə -qara.

Ağa da yerdədir, qul da yerdədir.

Günəş, Ay, bütövmüş, yer - para-para.

 

Yerdə zalım da var, məzlum da, hətta

Mərd namərddən azdır, yaxşı da pisdən.

Bir rəngli olsaydı, yer fırlanmazdı,

Bunlar lap əzəldən bölünüb - qəsdən.

 

Gah vulkan püskürür, gah yer dəbərir,

Daşqınlar, uçqunlar, sürüşmələr .

Yeri lağım-lağım dəyişir bir ,

Yeri dağım-dağım dağıdır bir .

 

Rəssamlar, memarlar, sənət, sənətkar

Yeri addım-addım etdi abadan.

Bugünü qurdular Sabaha görə,

Dünən qalıbdır dədə-babadan.

 

Dahilər, şairlər vətənidir - yer

Aya da, Marsa da göndərib xəbər,

Burda - yer üzünün əşrəfi insan

Adına layiqdir kamil, mötəbər.

 

Sürülər, ilxılar, köçəri quşlar.

Yerdə - Şir, pələng, qurd, tərlan, şahin, qu.

Ovçunun zəhmi var, zəhmi yox, qurub,

Hər tərəfdə tələ, hər yanda pusqu.

 

Üstdə vardısa yanıb kül olur,

Olanlar qalanın yer altda qat-qat.

Burda hər varsa vaxta qarışıb,

Bir hovur yerində dayanmır həyat.

 

Yer təkcə yer deyil, su içindədi.

Qurudan çoxdu su, çaylar, dənizlər.

Burda da balıqlar, pullu-pulsuzdu

Təbiət burda da min bir sirr gizlər.

    

Hərdən, hərdən qopub, yeri saran bu

Göyü yandıran kimin ahıdır?

Yerin suçu yoxdur, yer dağdı-daşdı,

Bu ah da insanın bir günahıdır.

Mart, 2014

 

4. ULDUZLAR

 

Bizdən çox uzaqdırlar, uzaq, uzaq ulduzlar,

Biz onlardan xəbərsiz, onlar bizdən xəbərsiz.

Deyirlər ulduzların bəzisində həyat var,

Biz onlardan xəbərsiz, onlar bizdən xəbərsiz.

 

şırımlar uzanır göydə belədən belə,

Bu yol, süd yoludur, bu - əzəmi kəhkəşan.

Bizim Günəş , Yer bu yolun üstündə,

Göylər dağılmayınca ayrılmarıq biz ondan.

 

Göyün övladlarıdır bir-bir Günəş , Yer ,

Ulduzlar da qohumdur hamısı bir-biriylə.

Biri-birini qovub, biri-birindən qorxub,

Səpələniblər göyə, hərə bir niyyət ilə.

 

Gəl, bir bu - uzaqdan ulduzları seyr elə.

Zülmətə düşmüş kimi dolaşma o baş, bu baş.

yaxşı, alnımıza yazılıbdı bu dünya,

Ulduzların altında dayanma belə çaş-baş.

 

Bizim evdən o uzaq evlərə pəncərə var,

Bu pəncərə olmasa yetim qalardı göylər.

Ümid dolu nəzərlər bu yolda intizardır,

Bu qədər sevinməzdik, yaxın olsaydıq, əgər.

 

Onlar bizə doğmadır, biz onlara doğma,

Bu gəlişi gözəl söz deyildi bəri başdan.

Bu yolda qara lağım, soyuq ögeylikdə var,

Səma daşları yağar, gərək qorunaq daşdan.

 

O qərib ulduzların hər biri bir Günəşdir,

Hər biri neçə  peyki başına dolandırır.

Hər ulduz gurhagurla qaynayır alov-alov,

Gah səmaya od saçır, gah özünü yandırır.

 

Bu qarışıq nizamda bir ali intizam var,

Buna deyib - "burda dur", ona deyib orda dur!

Cazibə saplarıyla bağlayıbdır bunları,

Bu qurğunu yaradan, ululardan uludur.

 

 

Qurğu saat kimidir, daşları ulduzlardı,

Bunlardan xəbər verən Tovrat, İncil, Quran var.

Asimanın ürəyi işıqla döyünürmüş,

Bu işığı yandıran, bu dünyanı quran var.

Mart 2014

 





16.04.2014    çap et  çap et