525.Az

Elçin Mirzəbəylidən "Sevgi məktubları"


 

Elçin Mirzəbəylidən "Sevgi məktubları" <b style="color:red"></b>

Şair Elçin Mirzəbəylinin "Sevgi məktubları" adlı yeni şeirlər kitabı "Oğuz eli" nəşriyyatında çapdan çıxıb. Kitabda şairin əsasən son illərdə qələmə aldığı sevgi şeirləri yer alıb.

Kitab "cib kitabı" (60x84) formatında, 1000 tirajla çap olunub.

Önsöz əvəzi olaraq, Azərbaycan jurnalistikasının canlı əfsanələrindən biri, şair-publisist Telli Pənahqızının Elçin Mirzəbəylinin yaradıcılığı haqqında yazdığı "Bir eşq hücrəsində oxunan dualar" adlı məqaləsindən istifadə olunub.

Elçin Mirzəbəyli BayMedia.Az-a açıqlamasında bildirib ki, Sumqayıtda gənclərlə keçirdiyi görüşdən sonra qərara gəlib ki, yalnız sevgi şeirlərindən ibarət "cib kitabı" hazırlasın: "Doğrudur, belə bir kitabın hazırlanması qərarına gənclərlə söhbətimdən sonra gəldim. Yanılmıramsa, bu ideya elə həmin görüşdə səsləndi. Şübhəsiz ki, gənclik mənə görə cismani bir anlayış deyil. Mənim "Sevgi məktubları"m sevgilərinə zamanın qalib gələ bilmədiyi insanlara ünvanlanıb. Bu kitabda hər kəs öz əbədi sevgisini bu sevgisinə ünvanladığı, bəlkə heç zaman ünvanına çatmayan "Sevgi məktubları" tapacaq. Bu kitab zamansız eşqlərin həzin pıçıltısıdır".

Xatırladaq ki, Elçin Mirzəbəylinin bundan əvvəlki - "Poz bu sükutu" adlı kitabı 2012-ci ildə çapdan çıxıb.

 





16.04.2014    çap et  çap et