525.Az

Şair Vaqif Bəhmənli 91 saylı orta məktəbin qonağı olub


 

Şair Vaqif Bəhmənli 91 saylı orta məktəbin qonağı olub<b style="color:red"></b>

Aprelin 12- Bakıdakı 91 saylı orta məktəbdə şair Vaqif Bəhmənli ilə müəllim şagird kollektivinin görüşü keçirildi. Görüşü açıq elan edən məktəb direktoru Svetlana Zülfüqarova məktəb haqqında məlumat verdi şagirdlərin ədəbiyyata, incəsənətə böyük maraqları olduğunu bildirdi. Görüşü Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun direktoru şair Nazim Əhmədli çıxış edərək Vaqif Bəhmənlinin həyat yaradıcılığı haqqında danışdı. N.Əhmədli dedi ki, Vaqif Bəhmənli 1955-ci il mayın 23- Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Hələ tələbəlik dövründə ilk oçerk şeirlərini dərc etdirən Vaqif Bəhmənli sonradan "Sovet kəndi" qəzeti redaksiyasında xüsusi müxbir kimi fəaliyyətə başlayıb. Sonra həmin qəzetdə mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyib. "Kommunist", "Ədalət", "Odlar yurdu", "Humanitar" qəzetlərində, "XXI gənclik dərgisi", "XXI Yeni Nəşrlər Evi", Beynəlxalq Avrasiya Mətbuat Fondunda məsul vəzifələrdə çalışıb. Gənclər İdman Nazirliyində şöbə rəisi olub. Hazırda Mədəniyyət Turizm Nazirliyində şöbə müdiridir.

İndiyə qədər 35-ə yaxın şeir, publisistika, hekayə tərcümələrdən ibarət kitabları çap olunub. Komsomol mükafatına, Şahmar Əkbərzadə, Rəsul Rza adına mükafatlara, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Əsərləri bir çox xarici dillərə tərcümə olunub: "Vaqif Bəhmənli sevilən, seçilən sənətkardır. O bu sevgini öz zəhməti, istedadı, halallığı, sadəliyi ilə qazanıb. Onun şeirlərindən insan həyatına aid xoş məqamlar, sarsıntılar, acılı-şirinli anlar boylanır".

Sonra şair Vaqif Bəhmənli öz şeirlərini oxudu, şagird müəllimlərin suallarına cavab verdi.

Məktəbin mahnı rəqs ansamblı maraqlı proqramla çıxış etdi. Şagirdlərin rəngarəng çıxışları məktəbdə ədəbiyyata incəsənətə qədər böyük maraq olduğunu nümayiş etdirdi.

MƏHƏBBƏT

 





16.04.2014    çap et  çap et