525.Az

Bakıda 3 yeni yol salınır


 

Bakıda 3 yeni yol salınır<b style="color:red"></b> Bakıda daim tıxacların yarandığı Sabunçu qovşağında yeni bağlantı yollarının tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, qovşaqda hazırda 3 bağlantı yolu tikilir: “Bunlardan biri hava limanı - Böyükşor qovşağı istiqamətində tikilən 3 zolaqlı yoldur. Bu yolun 2 zolağı vasitəsi ilə Zabrat istiqamətində, digər biri ilə isə hava limanına doğru hərəkət etmək mümkün olacaq. İkinci yol da 3 zolaqlı olacaq. Burada çikiç dairə də yaradılacaq və sürücülərin Sabunçu qovşağına daxil olmadan şəhərə qayıtmasına xidmət göstərəcək. Daha bir yol isə Zabratdan Sabunçu qovşağına doğru gələn yola paralel çəkilir. Bu yol bir zolaqlı olacaq və ərazidəki nəqliyyat sıxlığının azalmasına xidmət göstərəcək”.
 
 
Qeyd edək ki, yeni bağlantı yollarının istifadəyə verilməsi ilə Bakının mərkəzini bir çox iri kənd və qəsəbələr birləşdirən Sabunçu qovşağında nəqliyyat sıxlığı xeyli azalacaq.
 





16.04.2014    çap et  çap et