525.Az

Türkiyə “Eurovision”dakı erməni təxribatına etiraz etdi


 

Türkiyə “Eurovision”dakı erməni təxribatına etiraz etdi<b style="color:red"></b> “Eurovision”da müsiqi notları yarışmalıdır, siyasət yox. Erməni təxribatını qınayır və yarışdan imtina edirik”.

525.az-ın məlumatına görə, bunu TRT Bakı təmsilçisi Emrah Timurçin Yazıcı Türkiyənin “Eurovision”a”da iştirakdan imtina etməsi və Ermənistanın bu yarışmada qalib gələcəyi ilə bağlı yayılan xəbərləri dəyərləndirərkən deyib.

Emrah Yazıcı bildirib ki, “Eurovision”” bir musiqi yarışmasıdır. Bu yarışda siyasi məsələlərin yer alması düzgün deyil. “Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verir. Elə biz də TRT olaraq bunu qınayırıq. Və “Eurovision” yarışmasında iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yol verilməzdir.”

Qeyd edək ki, yarışmanın keçirilməsinə bir aydan az bir vaxt qalmış mediada Ermənistan təmsilçisinin qalib gələcəyi ilə bağlı xəbərlər gəzir. Hətta Ermənistan təmsilçisinin klipi yarışmanın rəsmi saytında hədsiz reklam edilir. Ekspertlərin fikrincə, Ermənistan bu yarışda qalib gəlib, 2015-ci ildə qondarma erməni “soyqırımı”nın 100 illiyində yarışa ev sahibliyi edərək bütün dünyanın diqqətini cəlb etmək istəyir
 





16.04.2014    çap et  çap et