525.Az

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb


 

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb<b style="color:red"></b>

 Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, dəyişiklik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayının artırılması ilə bağlıdır.
 
Bundan sonra Dövlət Komitəsi sədrinin 3 müavini olacaq.
 
Qeyd edək ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 2 müavini var.
 
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, müavini Gündüz İsmayılovdur.

 





16.04.2014    çap et  çap et