525.Az

Sabah Bakıda hava necə olacaq?


 

Sabah Bakıda hava necə olacaq?<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında aprelin 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 7-11, gündüz  20-25 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 





16.04.2014    çap et  çap et