525.Az

“Ukrayna ilə bağlı baş verənlər göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tezliklə nəticə əldə etməliyik”


 

“Ukrayna ilə bağlı baş verənlər göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tezliklə nəticə əldə etməliyik”<b style="color:red"></b>  “Hazırda ATƏT-in sədri ilə çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməliyik və bununla bağlı tezliklə nəticə əldə etməliyik”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç jurnalistlərə açıqlamasında deyib.
 
O, bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: “ATƏT-in, digər beynəlxalq təşkilatların  münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır”.
 
ATƏT PA prezidenti Dağlıq Qarabağla bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: “Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir”.
 
Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
 





16.04.2014    çap et  çap et