525.Az

Baş nazir: Türkiyənin hüquq sistemi Gülən tərəfdarlarından təmizlənəcək


 

Baş nazir: Türkiyənin hüquq sistemi Gülən tərəfdarlarından təmizlənəcək<b style="color:red"></b> "Türkiyənin hüquq sistemi ona güclü təsir göstərən Fətullah Gülən tərəfdarlarından təmizlənəcək".
 
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Sabah" qəzeti yayıb.

Onun sözlərinə görə, həmin tədbirlər dövlətçiliyin müdafiəsi məqsədilə həyata keçirilir.

Baş nazir qeyd edib ki, bunu etmək asan olmayacaq. Çünki dövlət artıq 35 ildir mövcud olan gizli strukturla mübarizə aparır.

Bir müddət əvvəl Ərdoğan bir sıra dövlət orqanlarının Gülən hərəkatının güclü təsiri altında olduğunu bildirmişdi.
 





16.04.2014    çap et  çap et