525.Az

III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinalı keçirilib


 

III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinalı keçirilib<b style="color:red"></b>

Bu gün Heydər Əliyev Sarayında III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müsabiqə GİN-in, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən reallaşdırılır.
 
Əməkdar artisti Tünzalə Ağayeva və  ATGTİ sədri Şahin İsmayilov aprelin 21-də keçirilək III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin finalında birincilik uğrunda mübarizə aparacaq finalçıları elan edib.
 

Qeyd edək ki, qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
 

 





16.04.2014    çap et  çap et