525.Az

Bakıda maşın yandı


 

Bakıda maşın yandı<b style="color:red"></b>

Maşının arxa oturacağı və arxa qapıların üzlüyü yanıb

Bakıda minik maşını yanıb. 525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Sabunçu rayonunda vətəndaşa məxsus “OPEL VECTRA” markalı minik avtomobilində olub.

Maşının arxa oturacağı və arxa qapıların üzlüyü yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





19.10.2012    çap et  çap et