525.Az

Aydın Mirzəzadə: "Beynəlxalq hüquq normalarını tanımayan dövlət ancaq sanksiyalara məruz qalmalıdır"


 

Aydın Mirzəzadə: "Beynəlxalq hüquq normalarını tanımayan dövlət ancaq sanksiyalara məruz qalmalıdır"<b style="color:red"></b>

"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlər diqqəti cəlb edir həmin fikirlər bu gün Azərbaycanın milli maraqlarına cavab verir, ona tam uyğundur".

Bu barədə  hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə iclasın yekunlarından danışarkən bildirib.

Millət vəkili deyib ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilən, ərazi bütövlüyü indiyə kimi problem olan bir ölkə kimi bu gün problemin təcili həllini tələb edir: "Bu istiqamətdə müvafiq addımlar atılır, dövlətimiz qüdrətlənir, ordumuz güclənir. Eyni zamanda danışıqlar variantından da istifadə olunur. Ancaq Ermənistan indiyə qədər Azərbaycan ərazi bütövlüyünü tanımaqdan imtina edib qoşunlarını torpaqlarımızdan çəkmir. Bəlkə bu problem həll olunardı, əgər beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələdə daha prinsipial mövqe nümayiş etdirsəydilər. Başqa bir halda belə məsələlərə kəskin reaksiya verilir, amma Ermənistana qarşı çox liberal bir siyasət yürüdülür. Ermənistanla sıx əlaqə saxlanılır, müxtəlif xətlərlə yardımlar edilir, ən əsası isə Azərbaycan torpaqlarının işğalında birbaşa cavabdeh olan şəxslər xarici ölkələrə səfər edirlər, işğal edilmiş torpaqlardakı işğalçı rejimin rəhbərləri Ermənistan pasportları ilə xaricə səfərlər edirlər. Bunu beynəlxalq təşkilatlar da, böyük dövlətlər bilir, ancaq nədənsə bu məsələlərdə biz prinsipiallıq görə bilmirik".

A.Mirzəzadə deyib ki, prezident çox düzgün olaraq Ermənistana qarşı sanksiyaların tətbiq edilmədiyini vurğuladı: "Düşünürəm ki, hətta bu sanksiyalar həddən artıq gecikib. Beynəlxalq hüquq normalarını tanımayan, sivil qaydalarla yaşamaq istəməyən dövlət ancaq sanksiyalara məruz qalmalıdır. Necə ki, bu Sudana, Şimali Koreyaya qarşı edilir. O cümlədən Ermənistan da bu təhdidləri öz üzərində hiss etməlidir. Beynəlxalq xətlə yardımlar alan, sosial problemlərinin həllində dəstək görən, diplomatik görüşlərdə heç olmamış kimi iştirak edən dövlət, əlbəttə ki, qonşu dövlətin hüquqlarına yenə saymamazlıq edəcəkdir. Prezidentimizin mövqeyi cəmiyyətin mövqeyi ilə üst-üstə düşür. Hesab edirəm ki, Nazirlər Kabinetinin iclasında deyilmiş bu kəskin fikrilər beynəlxalq ictimaiyyət üçün yaxşı bir mesaj olmalıdır".

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışında bildirib ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi.

"Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir".

Prezident nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir: "Sual olunur üçün? vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir?

üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır.

Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq.

Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin.Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. üçün?".

Pərvanə

 





16.04.2014    çap et  çap et