525.Az

Qloballaşan dünyanın yeni çağırışı: elmi sferanı necə gəncləşdirməli?


 

Qloballaşan dünyanın yeni çağırışı: elmi sferanı necə gəncləşdirməli?<b style="color:red"></b>

 

Elmin qlobal dünyada mahiyyətinin dəyişdiyi, onun üzərinə daha fundamental mürəkkəb problemlərin həlli yollarını göstərmək məsuliyyətinin qoyulduğu müasir dövrdə regionun əsas iqtisadi siyasi aktoru olan Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyaraq biliklər cəmiyyətinə transformasiya olunmaqla yanaşı, bölgənin elm mərkəzinə çevrilmək istəyindədir. Məhz bu amilləri nəzərə alaraq, ölkənin gələcəyi üçün həyati vacib əhəmiyyətə malik olan, dünya standartlarına cavab verən mükəmməl elmi-tədqiqat mühitinin yaradılması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə olduqca önəmli tədbirlər həyata keçirilib, silsilə qərarlar qəbul edilib. Azərbaycan elmi fundamental dövlət sənədlərində əksini tapmış strateji vəzifələrin həlli üçün yollar axtarışındadır. Hazırkı dövrdə bu sahə mürəkkəb problemlərlə xarakterizə olunan keçid mərhələsini arxada qoyaraq dövlətimizin miqyaslı islahatları həyata keçirdiyi inkişaf yoluna qədəm qoyub.

Azərbaycanda son əsrdə elmin təşkilatlanmasının "Qərb-universitet modeli" deyil, sovet siyasi sisteminin elementi kimi "Akademiya modeli" formalaşmış, müəyyən dəyərli tarixi təcrübə əldə edilmişdi. Cəmiyyətdə ictimai şüurda ölkənin əsas intellektual dayağı kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qəbul edilir. Ümummilli lider Heydər Əliyevin ölkədə elmin təşkili inkişafı sahəsində rolunu nəzərə alaraq 2001-ci il mayın 15- imzaladığı fərmanla həlledici institut kimi statusunu bərqərar etdiyi, ölkənin əsas intellektual potensialının cəmləşdiyi AMEA sistemində dövlətimiz son illər məhz bəzi obyektiv subyektiv səbəblərdən qaynaqlanan problem çatışmazlıqların aradan qaldırılması yönündə ardıcıl olaraq islahatlar həyata keçirir. Bu gün biliklər cəmiyyətinin lokomotivi olan milli innovativ mühitin formalaşması, alimlərimizin elmi nəticələrinin, rəqabətə dözümlü məhsulların daxili dünya bazarına çıxarılması, nano, bio info texnologiyalara üstünlük verilməsi zərurəti Azərbaycan elminin qarşısında yeni vəzifələr qoyur.

Müşahidələr göstərir ki, dünya elmində islahatların aparılmasının strateji, prioritet istiqamətlərindən biri gənc mütəxəssis alimlərin elmə gəlişini, onların aşkarlanmasını sosial dəstəklənməsini təmin edən tədbirlər sisteminin müəyyənləşdirilməsi təşkil edir. Çünki yaxın perspektivdə elmdə radikal dönüşün yaradılması müstəsna olaraq gənc mütəxəssis alimlər faktoru ilə bağlı olacaq. Məhz buna görə prezidentin praqmatik siyasətinin əsas istiqamətlərindən birini gənclər siyasəti təşkil edir.  "Hər bir sahədə gənc kadrların hazırlanması prosesi daha da sürətlə getməlidir", - deyən  Prezident İlham Əliyevin  2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həmçinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında da gənclərin potensialının inkişaf etdirilməsi strateji hədəflərdən biri kimi müəyyən olunub. Çünki yüksək intellektli insan resurslarının yetişdirilməsi ölkədə vətəndaş elminin əsaslarının qoyulmasına zəmin yaradır.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə 2013- il dekabrın 27- keçirilmiş Gənc Alimlər Mütəxəssislər Şurasının təsis konfransında elmin populyarlaşdırılması sayəsində gənclərin elmə cəlb edilməsini AMEA-da aparılan islahatların prioritet istiqamətlərindən olduğunu bildirib, eyni zamanda alimlərin orta yaş həddinin kifayət qədər "püxtələşdiyini" vurğulayıb.

Qloballaşan dünyanın yeni çağırışları ölkəmizdə biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan gəncliyinin avanqardı olan innovativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni tələblər qoyur. Gənclərin intellektual yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim mütəxəssislərlə fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini tələb edir. Bu zərurəti nəzərə alan AMEA gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira kəşflərinin, təşəbbüs təkliflərinin stimullaşdırılması, layihə proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinə qərar verib.

Bu sahədə ilk addımlardan biri kimi 2013- il dekabrın 27- Gənc Alimlər Mütəxəssislər Şurasının təsis konfransının keçirilməsi oldu. Buna qədər 42 elmi müəssisə təşkilatda keçirilən iclaslarda Gənc Alim Mütəxəssislər Şurasının yeni tərkibi müəyyənləşdirildi. Məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, elmin inkişafındakı rolunu daha artırmaq idi. Lakin elmi-tədqiqat institutlarında gənc alim yaşının (yuxarı həddinin) müxtəlif rəqəmlərlə (30, 35, 40) götürülməsi institutlar üzrə fərqli rəqəmlər ortaya qoymuşdu. Bu da "gənc alim" yaşının qanunvericilikdə konkret rəqəmlə tənzimlənməməsindən irəli gəlir. Düzdür, Azərbaycan Respublikasının "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında (gənc ailə üçün isə 35 yaş) hesab edilir. Lakin  "gənc alim" yaşı göstərilmir. Bu, digər sahələrdə olduğu kimi güzəştli ipoteka kreditlərinin alınması prosesində gənc alimlərə əlavə problemlər yaradır.

Hazırda AMEA-da "Gənc alim" analitik-informasiya sisteminin formalaşdırılması üçün kompleks işlər həyata keçirilir. Artıq qeydiyyatdan keçənlərin sayı 2913 nəfərdir.

AMEA-da həm dünyanın inkişaf etmiş ölkələri ilə elmi əməkdaşlığın genişləndirilməsi, elmi fəaliyyətin təşkilində beynəlxalq təcrübə mübadiləsinin aparılması, qlobal intellektual mühitə, universitetlərə, elmi mərkəzlərə sürətlə inteqrasiya hədəf kimi seçilib. Bu kontekstdə gənc mütəxəssislərin xaricdə təhsil almalarına da xüsusi önəm verilir. Ölkənin elmi kadr potensialının artırılmasını Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədilə onlarla gənc hər il xarici ölkələrdə doktoranturada təhsil almaq üçün göndərilir. Lakin prioritet istiqamətlərdə kadrlara zəruri tələbat hələ qalmaqdadır. Məsələn, qədim dillər sahəsində Azərbaycanda mütəxəssis, demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən Azərbaycan tarixinin qədim dövrünün araşdırılması sahəsində müəyyən boşluqlar müşahidə edilir. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov müsahibələrinin birində  bu problemin səbəbini həm gənclərin özündə görür: "Gənclərlə bağlı problemlərimiz çoxdur, gənclikdə bəzi qüsurlar var. Belə ki, biz qədər gəncləri toplamağa çalışsaq da onun içərisində ərəb, fars, şərq dillərini bilənlər çoxdur. Hamı yaşamaq üçün kompüter ingilis dilinin dalınca qaçır. Amma biz yalnız ingilis dili ilə tariximizi araşdıra bilmərik. Gənclərin İtaliya digər xarici ölkələrdə qədim dilləri bilməkdən ötrü təcrübə keçməsi üçün şərait yaradılır. Lakin gənclərin arasında getmək arzusunda olanlar yoxdur. Bu baxımdan gənclərdən çox şey asılıdır. Onlar bizə qarşı olan beynəlxalq basqılara mütəşəkkil şəkildə işləyərək cavab verməlidirlər. Bizə çevik, zirək, dilləri bilən mübariz gənclər lazımdır. Tarix sahəsində biz buna möhtacıq ehtiyacımız var".

Məlumdur ki, müasir elmin ən son nailiyyətləri təhsil sahəsində yeni innovativ texnologiyalar haqqında zəngin informasiyalar bir sıra nüfuzlu beynəlxalq elmi bazalarda cəmləşib. Bu baxımdan hazırda dünya səviyyəsində böyük nüfuza malik olan "Tomson", "Şpringer", "Elsevier" s. kimi beynəlxalq elmi bazaların resurslarına çıxış çox mühüm məsələlərdəndir. Hazırda Azərbaycan "Şpringer" informasiya bazasının resurslarından istifadə edir, digər bazalara çıxış üçün müvafiq dövlət qurumları bu istiqamətdə aparır. Bu istiqamətdəki işləri Azərbaycan elminin uğurlarından hesab etmək olar. Lakin Azərbaycan alimlərinin yüksək indeksli jurnallarda məqalələrinin sayı qənaətbəxş deyildir, onların sayı daha da artırılmalıdır.

Bu sahənin inkişafı üçün digər bir amil dünyanın tanınmış alimlərinin, məsələn, Nobel mükafatı laureatlarının seminarlarının Azərbaycanda təşkil olunmasıdır (Bu ənənə xarici ölkələrdə, o cümlədən Türkiyədə yaxşı inkişaf edib). Təkcə ölkə rəhbərliyinin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forumlar çərçivəsində deyil, həm AMEA-nın öz daxili imkanları hesabına bu alimlər ölkəmizə dəvət oluna bilər. Bu, gənc alimlərin inkişafına müsbət təsir edə bilər.

Ümumiyyətlə, həyata keçirilən islahatlar kontekstində AMEA-nın yeni sosial müdafiə infrastruktur sisteminin hazırlanması, alimlərin, o cümlədən gənc alimlərin sosial statusunun yüksəldilməsi, bu statusun qanunverici əsaslarının müəyyən edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Çünki sosial status elmin inkişafının bütün sahələrini göstərən mühüm indikatordur. Məhz bu yolla gənc alim mütəxəssisləri (xüsusilə müdafiə etdikdən sonra) Akademiyada saxlamaq mümkündür. Məsələn, ABŞ-da alimlərin sosial statusu daha yüksək olduğundan hətta aparıcı Avropa ölkələrindən belə Amerikaya alimlərin güclü axını müşahidə edilir. ABŞ-da təkcə nanotexnologiyanın inkişafı üzrə Milli Proqramın qəbul edilməsi bu ölkədə son dövrdə 30 mindən çox xarici mütəxəssisə ABŞ vətəndaşı olmaq imkanı verib.

Burada onu da qeyd edək ki, alimlərin ya elmi əməkdaşların statusunun qanunvericiliklə müəyyən edilməsi beynəlxalq təcrübədə mövcuddur. Buna əsas kimi Ümumdünya elmi işçilərin hüquqları Xartiyasını (1948), Elmi işçilərin hüquq Bəyannaməsini (1964), Elmi əməkdaşların hüquq öhdəliklərinin Manifestini göstərmək olar.

BMT-nin elm, təhsil mədəniyyət sahəsində ən nüfuzlu təşkilatı olan UNESCO-nun  üzv ölkələrə "Elmi əməkdaşların statusu haqqında" Tövsiyələri müəyyən edilib. Azərbaycan elminin bu Tövsiyələrə qoşulması məqsədəuyğun olardı. Həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) elmi işçilər haqqında beynəlxalq konvensiyaları tövsiyələri nəzərə alınmalıdır. Xüsusilə bu yaxınlarda təsdiqi gözlənilən "Elm haqqında" Qanunda "alimlərin sosial statusu"na dair bəndlərin daha ətraflı şəkildə əksini tapması məqsədəuyğun olardı.

Beləliklə, Qərblə Şərqin maraqlarının kəsişmə nöqtəsi olan Azərbaycanda gənc elmi kadrların hazırlanması üçün hər iki qütbün qabaqcıl elm təhsil sistemlərinin nailiyyətlərindən faydalanmaq, AMEA-nın 2025-ci ilə qədər İnkişaf Konsepsiyasını hazırlamaq zəruridir.

Eyni zamanda bu gün elmi islahatların həyata keçirilməsində intellektual gəncliyin üzərinə böyük vəzifələr düşür. Azərbaycanın intellektual gəncliyi öz növbəsində  innovativ kreativ təfəkkürə, yeni biliklərə elmi nailiyyətlərə can atmalı, dünya elminə daha aktiv keyfiyyətli şəkildə inteqrasiya olunmalıdırlar.

Aqşin MƏMMƏDOV,

filologiya üzrə fəlsəfə doktoru

 





16.04.2014    çap et  çap et