525.Az

Lənkəranda 61 ədəd tank əleyhinə mina zərərsizləşdirilib


 

Lənkəranda 61 ədəd tank əleyhinə mina zərərsizləşdirilib<b style="color:red"></b>

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 13 nəfərdən ibarət xüsusi əməliyyat qrupu mart ayının 3-dən başlayaraq Lənkəran rayonunda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

APA-nın cənub bürosunun məlumatına görə, sovetlər vaxtında tank batalyonunun poliqonu kimi  istifadə olunan  ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatın, əsasən də tank əleyhinə minaların aşkarlanması ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin respublika Nazirlər Kabinetinə müraciətindən sonra tapılan 200-ə qədər minanın  təhlükəli və böyük olduğu sübuta yetirilib.
 
Bu gün isə aşkarlanmış daha 61 ədəd tank əleyhinə mina təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
 
ANAMA-nın mütəxəssisi Böyükağa Haqverdiyevin sözlərinə görə, dəniz suyunun altında qalan minaların yerlərini təsbit etmək üçün agentlik tərəfindən xüsusi olaraq dalğıclar da bu əməliyyata cəlb olunub. Onun qənaətincə, dəniz səviyyəsinin  son 20 ildə qalxması nəticəsində  ərazidə olan iki sovetdən qalma sursat anbarının suyun altında qalması təmizləmə əməliyyatını çətinləşdirdiyindən əməliyyat müddəti hələ bir neçə ay da uzana bilər.

 

 





16.04.2014    çap et  çap et