525.Az

Tənha erməni qadınların hekayəti (VİDEO)


 

Tənha erməni qadınların hekayəti<b style="color:red"> (VİDEO)</b>

Havadarlarının yardımı ilə Azərbaycan ərazisinin 13 faizini işğal edib xarabalığa çevirən Ermənistan rejimi sən demə öz ölkəsinin ikinci şəhəri Gümrini də xaraba qoyubmuş.

Bu şəhərin məhəllələrində vaqon evlərdə və yarımçıq tikililərdə işsizlik və ifrat yoxsulluq girdabında inləyən yüzlərlə ailə yaşayır.

"Şirak" mərkəzinin müşahidəsi göstərir ki, ən dözülməz vəziyyətdə körpə uşaqları olan tənha qadınlar yaşayırlar. Belə ailələrdə bir qayda olaraq uşaqlar məktəbə qədər təhsil müəssiələrinə gedə bilmirlər, məktəbə gedənləri isə bir qayda olaraq mütəmadi dərs buraxırlar. Çünki analar uşaqları üçün lazımi geyimlər ala bilmir, dərs arasında onların qidalanması üçün pul verə bilmir.

Mərkəzin hazırladığı videomaterial Gümrinin yoxsul məhəllələrindən biri Bulvarnıda yaşayan Qayane Davtyanın faciəsindən bəhs edir. 4 uşaq anası olan qadının əri qazanc dalınca ölkəni tərk edib. Heç kimdən dəstək ala bilməyən, heç yerdə işləməyən gənc qadın odla su arasında qalıb. Bir tərəfdən uşaqlar yedizdirmək, o biri tərəfdən isə məktəb yaşına çatmış iki övladına dərslik və geyim almaq lazım gəlir. Təbii ki, qadın bunları təmin etmək iqtidarında deyil. Onların yaşadığı yarımçıq tikili də pis vəziyyətdədir. Təxminən 2 sot sahədə tikilmiş evin hasarı və darvazası yoxdur. Həyət qeyb olmuş ərinin bir vaxt təmir edib satmaq üçün yığdığı işlənmiş təkərlərlə doludur və qadının onları təmizlətmək üçün pulu yoxdur ki, həyəti əkib becərə bilsin.

20 il əvvəl sovet dövrünün son illərində tikilmiş evin divarlarının suvağının üzərində vurulmuş əhəng tökülməyə başlayıb və tavanda suvaq olmadığında panellərin çatı belə görünür. Evin içini qışda ailənin qızınmaq üçün istifadə etdiyi mazut sobasının paslı boruları "bəzəyir".

Əslində, Qayane Davtyan kimi ailələrin faciəsini Dağlıq Qarabağda seperatizmin başında durmuş və Xocalı soyqırımı kimi insanlıqdan uzaq bir fəlakətə imza atmış indiki İrəvan rejiminin növbəti "qələbəsidir". Ermənistan siyasətçisi Naira Zoqrabyanın dediyinə görə, bu ölkədə hakimiyyəti ələ keçirmiş Qarabağ klanının xidmətləri sayəsində müstəqillik illərində ölkəni 1,7 milyon erməni tərk edib.

ANS Press

 





19.10.2012    çap et  çap et