525.Az

Səhiyyə Nazirliyi və AMEA-dakı yoxlamaların nəticələri parlamentə təqdim olunacaq


 

Səhiyyə Nazirliyi və AMEA-dakı yoxlamaların nəticələri parlamentə təqdim olunacaq<b style="color:red"></b>

Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım  Stansiyasına ayrılan vəsaitlərin icrası, həmçinin dövlət büdcəsinin “Elm” köməkçi bölməsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə, “Təhsil” bölməsi üzrə Mingəçevir Politexnik İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və  icrasına dair həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.

 





16.04.2014    çap et  çap et