525.Az

NATO Şərqi Avropaya nəzarəti gücləndirir


 

NATO Şərqi Avropaya nəzarəti gücləndirir<b style="color:red"></b>

NATO Baltik dənizinə və Aralıq dənizinin şərqinə hərbi gəmilər göndərmək, habelə Şərqi Avropada hava məkanına nəzarəti gücləndirmək haqda qərar qəbul edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu  NATO baş katibi Anders Foq Rasmussen alyansın Brüsseldəki iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
 
“Alyansın hərbi gəmiləri hara lazım gəlsə, ora da göndəriləcək. Bu tədbirlər dərhal həyata keçiriləcək”, - deyə o vurğulayıb.
 
Bununla yanaşı Rasmussen qeyd edib ki, NATO hələlik Şərqi Avropa ölkələrində daimi hərbi bazaların yerləşdirilməsi haqda qərar verməyib.
 
“Lakin bu istiqamətdə gələcəkdə iş görüləcək”, - deyə o vurğulayıb.

 





16.04.2014    çap et  çap et