525.Az

Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər


 

Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər<b style="color:red"></b> Rusiya ölkə banklarına sanksiyalar tətbiq etdiyi üçün ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırılması imkanını öyrənir.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Dövlət Dumasında bildirib.

O, qeyd edib: "ÜTT bizə əlavə imkanlar verir ki, indi biz Cenevrədə Ümumdünya Ticarət Təşkilatının sammitində onların Rusiya banklarına tətbiq etdikləri sanksiyalara görə ABŞ-a qarşı iddia qaldırılması imkanlarını müzakirə edək".

Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ və Aİ RF-yə qarşı bir sıra fərdi sanksiyalar tətbiq ediblər. Rusiyalı məmurlarla yanaşı, sanksiyalar siyahısına iş adamı Yuri Kovalçuk, eləcə də onun şəriki olduğu "Rusiya" bankı da düşüb.
 





16.04.2014    çap et  çap et