525.Az

Ulduzlar Obamaya dəstək oldu


 

Ulduzlar Obamaya dəstək oldu<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obamaya sabiq prezident Bill Klinton və Hollivud ulduzlarından dəstək gəlib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Obamaya ABŞ-ın sabiq prezidenti Bill Klinton, idmançılar və Hollivud ulduzları dəstək verib. Amerikanın rok ulduzu Brus Sprinqstin və sabiq prezident Bil Klinton Barak Obama üçün təşkil olunan tədbirlərdə iştirak edərək onu dəstəklədiklərini dilə gətiriblər.

Tədbirdə iştirak edən Klinton çıxışında Obamanın hakimiyyəti dövründə işsizlik faizinin azalmasını, iqtisadi inkişafın artmasını qeyd edərək "Prezident Obama sizə dəstək oldu, indi isə siz ona dəstək olmalısız" deyib. Klinton hazırkı prezidentin hakimiyyəti illərində işsizliyin 7.8 faizə endiyini söyləyərək Respublikaçıların bu rəqəmi artırmağa çalışdığını qeyd edib.

Prezidentə dəstək verən rokçu müğənni Strinqstin onun hakimiyyətə gəlişinin çətin bir dövrə təsadüf etdiyini, qadınlar, homoseksuallarla bağlı qərarların qəbul edilməsi, İraqdakı müharibənin başa çatması və Bin Ladenin izinin tapılmasında göstərdiyi səyləri alqışlayıb.

Obamaya dəstək verən məşhur ulduzlar arasında Corc Cluney, Natalya Portman, Con Bon Covi, Beyonce, Jay-Z, Cennifer Lopez, Stevie Wonder, Mariah Carey, Magic Cohnson və LeBron Ceymsin adı var.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et