525.Az

Əli bəy Hüseynzadə və füyuzatçılıq


 

Əli bəy Hüseynzadə və füyuzatçılıq<b style="color:red"></b>

XIX əsrin ikinci yarısında (1864- il  24 fevral, Salyan şəhəri) Əli bəy Hüseynzadə dünyaya gələndə Azərbaycanda ictimai-mədəni düşüncə epiqonçu ənənələr əsasında davam edirdi. Ölkədə çarizmin monarxist idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik hüququ öz təsirini hələ göstərir, ümumxalq təfəkküründə "zillüllah" (padşahı allahın kölgəsi saymaq) fəlsəfəsi əsaslı yer tuturdu. Ə.Hüseynzadə Tiflisə babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib orada  gimnaziya tələbəsi olanda da (1875-1885) ictimai-mədəni şüurun səviyyəsi təxminən belə idi. Doğrudur "az-az ayılanlar" (C.Məmmədquluzadə) var idisə, yenə "xabi-qəflət qaranlığında allahü əkbər" sədasından başqa bir şey eşidilmirdi. Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundov şəxsiyyəti ilə babasının məclislərində tanış olan Ə.Hüseynzadə təbiət elmlərinə böyük maraq göstərməyə başladı bu həvəs onu Sankt-Peterburq universitetinin fizika təbiət  fakültəsinə (1885) gətirdi. Bir müddət burada dövrün məşhur elm adamlarından, o cümlədən Mendeliyev, Baqner, Menşutkin, Jukovsksi başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir nəhayətdə bir sıra  inqilabçı tələbələr kimi  o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...

Ə.Hüseynzadə İstanbula gəlir burada darülfünunda "Əsgəri-tibbiyyə" fakültəsində oxumaqla dermotoloq (dəri zöhrəvi xəstəlikləri) ixtisası yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi olur. Ə.Hüseynzadə burada da təqib olunur, çünki o darülfunun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulmuş, onlar üzərində "bir rəsuirli-həqq" - peyğəmbər (Abdulla Cövdət təsiri buraxmış "İttihat tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.

Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin bir fikir adamı idi. Türkiyədəki  təqiblərdən sonra vətəni Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, bir sıra publisistik yazılarını burada dərc etdirir "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini şərh edir. Ə.Hüseynzadə bu zaman artıq  yeni ampulada çıxış edir, islahatçı-reformist ideya adamı kimi  tanınmağa başlayırdı. Az sonra o dövrünün məşhur teoloq-alimi, ictimai xadim publisist Əhmədbəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin  maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida  verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır burada əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni  prinsiplərlə zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn o deyirdi:

 - Həqiqətin dadı ləzzəti var. 

- Hürriyyət!... O qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh mənəviyyatını sövq ediyor!...

- Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...

-  Türklər ya ölkələr, ya hicrət edərlər, fəqət qul olmazlar.

-  Hər kəsə ki, uşaqlıqda ədəb tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...

Ə.Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun ardıcıl olaraq söz   mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi publisistik məqalələri, şeirləri, bədii nəsri siyasi-fəlsəfi pamfletində  Ə.Hüseynzadə azadlığı-hürriyyəti obrazlı şəkildə  təqdim edir, azad sözü "pəriyi-hürriyyət" (azadlıq mələyi) adlandırır onu "Kuhi-Qaf Simurq quşu" məqaləsində Qaf dağlarına zəncirlə bağlanmış məşhur "od oğrusu" Prometeyə bənzədirdi. Azad sözün cəmiyyətdə varlığını Prometeyin odu, işığı ilə müqayisə edən Ə.Hüseynzadə 1905-1907-ci illərdə Azərbaycanda mətbuat fikir  azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu idi. Elə buna görədir ki, o müasirlərinə hər bir insanın "baş tacı olan" azadlığın mahiyyətini anladır deyirdi:

"Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad əfkarda bulunmaqda hürr azaddır. Kimsənin, hökumətin bir fərdin etiqad əfkarindən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". (Mövlude-nəbi "Füyuzat" jurnalı, 1907-ci il, №25) XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906- il noyabrın 1- nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-messenat Hacı Zeynalabdin Tağıyev idi. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub lüğəvi mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, zövq almaq, feyz almaq, feyziyab olmaqdır. Jurnalın səhifələrində onun baş redaktoru Əlibəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq kimi onlarla müəllifin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. "Füyuzat"da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi: "Bizə fədai  lazımdır! Türk hissiyyatlı, islam etiqadlı,  avropa (müasir) qiyafəli fədai!". Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" s. mətbuat orqanları tərəfindən "türkləşmək, islamlaşmaq, müasirləşmək" == azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının  ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.  

 Çar Rusiyasının monarxizmi müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi. Bu mənada "Füyuzat" füyuzatçıların məşğul olduğu əsas problemləri qısa  şəkildə belə təsnif etmək olar;

- türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək) = Azərbaycançılıq

- Demokratik axtarışlar

- Neoromantik ədəbiyyatın yaradılması

- Füyuzatçı jurnalistika məktəbinin təsisi

- Dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı mədəniyyətinin yaradılması.

- "İttihad tərəqqi" ideyasını yürütmək Turançılığı təbliğ etmək.

- İctimai-siyasi şüurda reformaların aparılması, parlament konstitusiya əsasında özünüidarə formasının yaradılması.

- Yenilikçilik  - "təcəddüdçülük" hərəkatını gücləndirmək bu əsasda dünyəvi məktəbdarlıq işini həyata keçirmək.

- Söz mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək sair.

"Füyuzat" füyuzatçıların milli-tarixi ictimai-siyasi xidmətləri sırasında onu da ayrıca qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M.Ə.Sabir) olaraq qalmır, Şərq Qərb elmi-nəzəri fikri, ədəbiyyat mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə onların dialoquna meydan açırdılar. Bu digər səbəblərdəndir ki. Ə.Hüseynzadənin irsi onun formalaşdırdığı  füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.

Şamil VƏLİYEV,

professor

Azərbaycan Mətbuat Şurası ilə Azərbaycanlıların Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan yazı müsabiqəsinə təqdim olunur

 





17.04.2014    çap et  çap et