525.Az

Azərbaycan strateji sosial-iqtisadi inkişaf yolunu uğurla davam etdirir


 

Azərbaycan strateji sosial-iqtisadi inkişaf yolunu uğurla davam etdirir<b style="color:red"></b>

2014- İL AZƏRBAYCAN ÜÇÜN SOSİAL-İQTİSADİ YÜKSƏLİŞ İLİ OLACAQ

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edilən müddət ərzində ölkədə bütün istiqamətlərdə inkişafın getdiyi, Azərbaycanın bütün sahələr üzrə uğurla irəlilədiyi  bildirilib. Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın əsas prioriteti olduğunu vurğulayıb. İclasda qeyri-neft sektorunda sürətli inkişafa nail olunduğu bildirilib. Açıqlanan statistikadan bəlli olub ki, 2014- ilin birinci rübündə iqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artıb. Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Ölkənin valyuta ehtiyatları da artıb hazırda 53 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. İqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir. Prezident çıxışında vurğulayıb ki, sosial infrastrukturun yaradılması istiqamətində önəmli addımlar atılıb. Əhalinin pul gəlirləri 4,5 faiz artıb, inflyasiya isə cəmi 2 faiz təşkil edib. Əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Əhalinin banklarda əmanətləri 20 faizdən çox artıb. Bu, insanların maddi vəziyyətinin yaxşılaşmasının banklara inamın təzahürüdür. Qeyd edilib ki, birinci rübdə orta əməkhaqqı 7 faiz yüksəlib. Hazırda Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Ölkədə böyük sosial təşəbbüsün icrası da müşahidə edilir. Belə ki, qısa müddət ərzində dörd milyon insan tibbi müayinədən keçib. Dövlət başçısı deyib ki, bu təşəbbüs hər il göstərilməlidir daimi proses olmalıdır. Birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində önəmli addımlar atılıb. 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib bu proses davamlı olacaq. İclasda regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbulunu da diqqət çəkilib. Ölkə rəhbəri vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında bütün məsələlər öz əksini tapıb, hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar var. Prezident bildirib ki, 2018-ci ilə qədər Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaq. 2016- ildə başa çatacaq Bakı onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramının icrası nəticəsində Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcək. "Azərbaycanda sahibkarlığın inkişafı  diqqət mərkəzindədir. Biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli sərəncam imzalanıb. Bu sərəncamın icrası bizə imkan verəcək ki, həm Dünya Bankının "Doing Business" reytinqində yerimizi daha da yüksəklərə qaldıraq, həm Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əlavə addımlar ataq. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəylər vardır. İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında ən aşağı göstəricilərdən biridir", deyə dövlət başçısı vurğulayıb.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib ki, 2014- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları göstərdi ki, Azərbaycan öz strateji sosial-iqtisadi inkişaf yolunu uğurla davam edib. Ölkə rəhbərinin qeyd etdiyi kimi, 2014- il Azərbaycan üçün sosial-iqtisadi yüksəliş ili olacaq. Onun sözlərinə görə, cari ildə Azərbaycanın əldə edəcəyi ən böyük nailiyyətlərdən biri ölkənin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olacaq: "Ötən il qeyri-neft sektorunda artım tempi 10 faiz olub bu il qeyd olunan temp saxlanılacaq. Cari ilin birinci rübündə əhalinin gəlirləri 4,5 faiz artıb, inflyasiya isə 2 faiz təşkil edib. Bu da göstərir ki, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bütün sahələr üzrə nailiyyətlər əldə olunub. Sosial yüksəlişin ən mühüm tərkib hissələrindən biri əhalinin salamlığının qorunması, əhalinin icbari tibbi müayinələrə cəlb olunmasıdır ki, ölkə rəhbəri cari ildə məsələnin həlli ilə bağlı fərman verib. Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində hökumətə verilən tapşırıqların icrası zamanı dörd milyondan çox insan dövlət hesabına icbari tibbi müayinədən keçib, onlara lazımi profilaktiki yardımlar edilib".

Azərbaycanın son 2 ildə BMT-nin qeyri-daimi üzvü seçilməsinin ölkənin beynəlxalq nüfuzunu daha da yüksəltdiyini deyən Musa Quliyev,  diqqətə çatdırıb ki, nəticədə ölkələr arasında əməkdaşlıq əlaqələri xeyli inkişaf edib, ölkəmiz dünya dövlətləri üçün əhəmiyyətli tərəfdaşa çevrilib: "Bütün bunlarla yanaşı, son 10 ildə Azərbaycanda 1500 səhiyyə müəssisəsi, 2000-dən çox məktəb tikilib əhalinin istifadəsinə verilib. Bu sahədə Azərbaycanın böyük uğurları var. Qarşıya qoyulan məqsədin icrası nəticəsində 2018-ci ilə qədər ölkədə bütün səhiyyə ocaqlarının təhsil müəssisələrinin inşası başa çatacaq".

Millət vəkili qeyd edib ki, Azərbaycanda son üç ayda investisiya proqramları uğurla tətbiq olunub: " "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində kəndlərdə içməli su təchizatı, ucqar ərazilərə təbii qazın verilməsi, yolların abadlaşdırılması işlərinə xüsusi önəm veriləcək. Qısa zamanda ölkədə 80 mindən çox Qarabağ əlilinin, şəhid ailəsinin sosial təminata ehtiyacı olan insanların təqaüdləri artırılıb. Onların böyük bir qismi mənzil avtomobillə təmin olunub, qalanlarının isə təminatının cari ildə başa çatacağı gözlənilir. Bu ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkədə texnoparklar tikilir, sənaye müəssisələrinin fəaliyyətinə xüsusi diqqət yetirilir. Hesabatda o da qeyd olunub ki, kənd təsərrüfatının inkişafı daima hökumətin diqqət mərkəzindədir Azərbaycan kənd təsərrüfatı məhsullarını ixrac edən ölkəyə çevrilməlidir. Bunun üçün ölkədə  rəqabət qabiliyyətli, yüksək rentaberlə işləyən kənd təsərrüfatı sisteminin yaradılması nəzərdə tutulub. Azərbaycanda demoqrafiq artım da müsbət istiqamətdə inkişaf edir. Ölkə əhalisinin 9 milyon 500 min nəfərə çatması göstərir ki, bu gün Azərbaycanda sosial-iqtisadi inkişaf yüksək templə irəliləyir, əhalinin sosial rifah halı xeyli yaxşılaşıb əhali arasında uzunömürlülərin sayı ildən-ilə artır. Düşünürəm ki, dövlət başçısının rəhbərliyi ilə yürüdülən siyasət ölkənin bütün sahələri üzrə inkişaf tempində özünü göstərir".

"İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə isə mətbuata açıqlamasında deyib ki, 2014- ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri ölkəmizin sürətli iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Onun sözlərinə görə, açıqlanan rəqəmlər ölkənin inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır: "Bu baxımdan dövlət başçısı İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2014- ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclası da xüsusi əhəmiyyət kəsb edir. İlin ilk üç ayı üçün səsləndirilən rəqəmlər ümumilikdə 2014- ili necə başa vuracağımızı şərtləndirir". Hər bir inkişafın təməlində iqtisadi tərəqqinin dayandığını deyən V.Rəhimzadə cari ilin birinci rübünün nəticələri ürəkaçan qürurverici olduğunu söyləyib: "Möhtərəm Prezidentimiz İlham Əliyevin hələ 2003- ildə qarşıya mühüm vəzifə kimi qoyduğu "İqtisadi artım qeyri-neft sektorunun da hesabına olmalıdır" tezisinin reallığa çevrildiyi bugünkü rəqəmlərdən aydın görünür. Qeyri-neft sektoru 8,8 faiz artıb. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırıması üçün  biri-birindən əhəmiyyətli addımlar atılır. Azərbaycanın investisiya cəlbediciliyini qoruması da diqqətdədir. Ölkəmiz birbaşa xarici sərmayələrin qoyuluşuna görə MDB məkanında  liderlik rolunu saxlayır. Son on ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 160 milyard dollara çatması təbii ki, ölkəmizdə sabitliyin əlverişli biznes mühitinin mövcudluğundan qaynaqlanır.  ÜDM- özəl bölmənin payının artması da  dövlətimizin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir".

V.Rəhimzadə xatırladıb ki, iqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır. O, həmçinin qeyd edib ki, cari ilin ötən dövründə əhalinin pul gəlirləri 4,5 faiz, orta əməkhaqqı 7 faiz artıb: "Bu gün ölkəmizdə orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Prezident İlham Əliyev 2003- ildə keçirilən andiçmə mərasimində bildirib ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artmalıdır. Bu qətiyyət təbii ki, ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Son on ilin uğurları fonunda deyə bilərik ki, hər bir vəd konkret əməli işdə öz təsdiqini tapıb. İqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı nəticəsində orta əməkhaqqı orta pensiya daha  da artır".

Regional, eyni zamanda Bakı Bakıətrafı qəsəbələrin inkişaf Proqramlarının uğurlu icrasıdan söz açarkən V.Rəhimzadə deyib ki, bu proses ölkənin hərtərəfli inkişafını daha da  sürətləndirir: "Məlum olduğu kimi, qeyd olunan sahələr üzrə artıq iki Proqramın icrası başa çatıb. Cari ildə üçüncü  Dövlət Proqramları  qəbul olunub.  Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı 2014-2018,  Bakı Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə 2014-2016- illəri əhatə edir.  Bu əminlik ifadə olunur ki, bu proqramlar da vaxtında icra olunacaq qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağıq". Onun sözlərinə görə, atılan hər addıma diqqət yetiriləndə, bu reallıq öz təsdiqini tapır ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. 2014- ilin "Sənaye ili" elan olunduğunu deyən V.Rəhimzadə, bu il çərçivəsində görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin miqyasının geniş olduğunu deyib: "Yenə qeyd etdiyimiz kimi, məqsəd ölkəni hərtərəfli inkişaf etdirmək, xalqın rifah halını daha da yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi siyasi mövqeyini möhkəmləndirməkdir".

PƏRVANƏ

 





17.04.2014    çap et  çap et