525.Az

Bayram Hüseynzadə: “Məktəbdə partlayış olmayıb"


 

Bayram Hüseynzadə: “Məktəbdə partlayış olmayıb"<b style="color:red"></b> Təhsil Nazirliyi Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə baş verən partlayışla bağlı məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə 525.az-a açıqlamasında bildirib ki, sözügedən orta məktəbdə hər hansı partlayış baş verməyib: “Mətbuatda yayılan xəbərlər doğru deyil. Həmin orta məktəbdə hər hansı partlayış olmayıb, heç şagirdlər arasında yaralanan da yoxdur. Sadəcə kimsə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə zəng edərək məktəbdə partlayış olması haqda yanlış məlumat verib. Hazırda həmin şəxsin kimliyi araşdırılır".
 
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə partlayış olması haqda məlumat yayılıb. Hadisə zamanı bir neçə  şagirdin yaralandığı da bildirilib.

S.QARAYEVA
 





19.10.2012    çap et  çap et