525.Az

Yazıçıların Qarabağ səfəri (Fotolar)


 

Yazıçıların Qarabağ səfəri <b style="color:red">(Fotolar)</b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi ötən həftə Qarabağa səfər edib. Birliyin sədri, Xalq yazıçısı Anar, birinci katib, Xalq şairi Fikrət Qoca, gənclər üzrə katib Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza öncə Ağcabədi rayonunda olublar. Ağcabədi rayonun İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qonaqları qəbul edib. Görüşdə icra başçısı ağcabədililərin ədəbiyyata, şeirə, sözə olan böyük məhəbbətindən söz açıb. Görüşdə millət vəkilləri Aqil Abbas, Tahir Rzayev, AYB-nin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd iştirak ediblər.

Daha sonra AYB rəhbərliyi rayon mərkəzində yerləşən Şahmat məktəbində Gənclər Mərkəzində olublar. Müasir dizaynla inşa edilmiş hər iki bina rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulub. Qonaqlara Şahmat məktəbi, bu məktəbin tələbələrinin respublikada birincilik qazanması ilə bağlı geniş məlumat verilib. Gənclər Mərkəzində isə müsair oyun aparatları, boulinq zalı, kafeteriyalar var, bura gənclərin boş zamanlarında üz tutduğu bir məkandır.

Rəşad Məcidin ata evi

AYB rəhbərliyi tanınmış jurnalist, şair, AYB-nin gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin rayonun mərkəzində yerləşən ata evində olub, Rəşad Məcidin atası Müseyib müəllim, anası Yavər xanımla görüşüblər. Xalq yazıçısı Anar Xalq şairi Fikrət Qoca ev sahiblərinə imzalanmış kitablarını hədiyyə ediblər.

Ənvər Əhmədin yubileyi

Ənvər Əhməd 1943- il avqustun 8- Azərbaycanın Kəbirli mahalının Sarıyer yaylağında doğulub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində ibtidai təhsil alandan sonra Bakı statistika texnikumunu bitirib (1961). Ağcabədi rayonundakı Salmanbəyli kəndində mühasib köməkçisi işləyib (1961-1962). "Dağ mən" adlı ilk şeiri 1962-ci ildə Ağcabədinin rayon qəzetində dərc olunub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib (1963-1968). Sonra Ağcabədi rayonunda nəşr olunan "Sürət" qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968-1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976-1994) işləyib. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fılialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi fılialının direktoru (2000-2002) olub. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi Problemlər İnstitutunun şöbə müdiri vəzifəsində işləyir. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ fılialının sədridir (1991). Bədii tərcümə ilə ciddi məşğul olur. "M.Ə.Sabirin poetikası" mövzusunda dissertasiya müdafıə edib (1982). Şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvüdür (2001).

Ənvər Əhmədın Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş yubiley tədbiri Mədəniyyət Evində keçirildi. Tədbiri millət vəkili Tahir Rzayev aparırdı. Möhtəşəm gecədə Mədəniyyət Evinin musiqiçiləri, xanəndələr çıxış etdilər.

Sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin sədri Anara verildi. Xalq yazıçısı Anar Ənvər Əhmədin yaradıcılığından, ömür yolundan söz açdı.

Daha sonra Yazıçılar Birliyinin təbrik plaketi yeni üzvlük vəsiqəsi yubilyara təqdim olundu.

Tədbirdə Xalq şairi Fikrət Qoca, Rəşad Məcid, Aqil Abbas, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək Ənvər Əhmədi təbrik etdilər.

Sonda şair Ənvər Əhmədə söz verildi. Yubilyar hər kəsə, xüsusilə rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova AYB rəhbərliyinə öz minnətdarlığını bildirdi.

 

AYB-nin konfransı 

Səfərin səhəri günü Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin konfransı keçirildi. Ağcabədi, Beyləqan, Bərdə, Ağdamdan olan üzvlərin iştirakı ilə keçirilən yığıncaqda AYB sədri üzvlərin suallarını cavablandırdı. Daha sonra səsvermə yolu ilə üzvlərin arasından qurultay nümayəndələri seçildi.

İsi Məlikzadənin məzarını ziyarət 

Görkəmli nasir, ssenarist İsi Məlikzadənin məzarı Ağcabədi rayonundadır. Səfər zamanı yazıçının məzarını ziyarət edən AYB rəhbərliyi İsi Məlikzadə ilə bağlı xatirələrini danışdılar. Yazıçının məzarına güllər qoyuldu, “Quranoxundu.

Həmidə xanım Məmmədquluzadənin ev muzeyində

AYB rəhbərliyi Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Həmidə xanım Məmmədquluzadənin Kəhrizli kəndində yerləşən Ev muzeyini ziyarət etdilər. Millət vəkili Aqil Abbas qonaqlara Ev muzeyi ilə bağlı geniş məlumat verdi. Xalq yazıçısı Anar muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra muzeyə imzalanmış kitablar hədiyyə edildi.

Məhəmməd Füzuli adına kitabxanada 

Qarabağa səfər zamanı AYB rəhbərliyi Bayat kəndində yerləşən, millət vəkili Aqil Abbasın təşəbbüsü ilə yaradılmış Məhəmməd Füzuli adına kitabxanada oldular. Kitabxana ilə bağlı AYB rəsmilərinə geniş məlumat verildi. Bildirildi ki, yarandığı ilk günlərdə Rəşad Məcidin Aqil Abbasın hədiyyə etdikləri 300-400 ədəd kitabla fəaliyyətə başlayan kitabxanadan indi 11 min nüsxəyə yaxın kitab var.

Kitabxanaya imzalı kitablar hədiyyə edən AYB rəhbərliyi kitabxananın əməkdaşları ilə xatirə şəkli çəkdirdilər. 

Ağdama doğru 

Ərazisinin böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonunun digər kəndlərində quruculuq abadlıq işləri bu gün yüksək səviyyədə həyata keçirilir. Ağdamlıların böyük hissəsi indi Quzanlı qəsəbəsində ətraf kəndlərdə məskunlaşıblar. AYB rəhbərliyi səfər zamanı bu kəndlərə gedərək, düşmənlə təmas xəttində oldular. Sonra Ağdam Şəhidlik Memorial Kompleksi ziyarət edildi.

AYB Mətbuat Xidməti

 





17.04.2014    çap et  çap et