525.Az

Qabriel Qarsiya Markes vəfat edib


 

Qabriel Qarsiya Markes vəfat edib<b style="color:red"></b> Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes vəfat edib.

Kulis.Az-ın məlumatına görə 87 yaşlı yazıçı pnevmaniyadan müalicə alırdı. O, aprel ayının əvvəlində xəstəxanaya yerləşdirilmiş, qısa müddət sonra isə buraxılmışdı.
 
Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.
 
Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.
 
"Yüz ilin tənhalığı" XX əsrin ən nəhəng əsərlərindən biridir. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib.
 
"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.
 
1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın atalarından hesab olunurdu.
 





18.04.2014    çap et  çap et