525.Az

Futbol millimiz irəlilədi


 

Futbol millimiz irəlilədi

FİFA bu gün milli komandaların sentyabr ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 324 xalla 107-ci pillədə qərarlaşıb. 

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinə məxsusdu. Prineylilər 1 pillə irəliləyərək 1232 xalla 4-cü sıraya yüksəlib. Rusiya yığması isə 2 pillə geriləyərək 990 xalla 13-cü yerə yuvarlanıb.

İsrail isə (+7) 75-ci, Şimali İrlandiya (-29) 129-cu, Lüksemburq isə (4) 106-cı mövqedə qərarlaşıb.

Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionlarının aktivində 1617 xal var. Almaniya millisi 1437 xalla ikinci, İngiltərə yığması isə 1274 xalla üçüncüdür.

 





05.09.2012    çap et  çap et