525.Az

Beynəlxalq Cinayət Məhkəməsi Yanukoviç dövründə Maydanda baş vermiş cinayətləri araşdıracaq


 

Beynəlxalq Cinayət Məhkəməsi Yanukoviç dövründə Maydanda baş vermiş cinayətləri araşdıracaq<b style="color:red"></b>

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Yanukoviç dövründə Maydanda baş vermiş cinayətləri araşdıra biləcək.

APA-nın BMT Xəbərlər Mərkəzinə istinadən verdiyi məlumata görə, aprelin 17-də BCM katibi Ukrayna hökumətindən müvafiq məktub alıb.
 
Həmin məktubda BCM-ə 2013-cü ilin noyabrın 21-dən 2014-cü ilin fevralın 22-dək Ukrayna ərazisində törədilmiş cinayətlərin araşdırılması hüququnun verildiyi bildirilir.
 
Lakin BCM-ə bu hüququn tanıdılması o demək deyil ki, o, dərhal cinayətlərin araşdırılmasına başlaya biləcək. BMC prokuroru təqdim olunmuş məlumatın cinayət işinin qaldırılması üçün yetərli olub-olmayacağını müəyyənləşdirməli olacaq. Hətta araşdırma başlasa belə, prokuror əldə olunmuş dəlil-sübutların əsasında cinayətlərdə ittiham olunan şəxslərin həbsi üçün hakimlərdən orderin istənilib-istənilməməsinə dair qərar verməli olacaq.
 
Qeyd edək ki, BCM-in səlahiyyət çərçivəsinə yalnız ən ağır beynəlxalq cinayətlər aiddir.

 





18.04.2014    çap et  çap et