525.Az

Elmar Məmmədyarov Almaniyada Forumda çıxış edib


 

Elmar Məmmədyarov Almaniyada Forumda çıxış edib<b style="color:red"></b>

Elmar Məmmədyarov: “Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi qeyd olunur”.

Nazirlikdən 525.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya rəsmi səfəri çərçivəsində Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib.

Elmar Məmmədyarov bu il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu bildirib və iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu məmnunluqla vurğulayıb. Almaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib.

Nazir həmçinin Azərbaycanın Almaniya ilə ikitərəfli münasibətləri mədəniyyət və humanitar sahələr də daxil olmaqla bundan sonra daha da genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

S.QARAYEVA

 





19.10.2012    çap et  çap et