525.Az

Ermənistana qarşı sanksiyalar niyə tətbiq edilmir?


 

Ermənistana qarşı sanksiyalar niyə tətbiq edilmir?<b style="color:red"></b>

ÜÇÜN ERMƏNİSTAN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏRARLARINI YERİNƏ YETİRMƏDİYİNƏ GÖRƏ CƏZASIZ QALIB? 

Vasitəçilərin ifadə etdikləri nikbin fikirlərə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş müşahidə edilmir. Bu, bir faktdır ki, Ermənistan sadəcə vaxt uzatmaqla məşğul olur. Buna baxmayaraq beynəlxalq vasitəçilər onlara ciddi təzyiq etmirlər. Əgər Ermənistanın münaqişə ilə bağlı bu yanaşmasını nəzərə alsaq, bu ölkəyə qarşı çoxdan beynəlxalq sanksiyaların tətbiq edilməli olduğunu söyləyə bilərik. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Habelə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb. Düşmən ölkə bu addımları ilə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri pozaraq, onların tələblərinə məhəl qoymur. Buna rəğmən Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir, əksinə onlara müxtəlif yollarla yardımlar edilir. Dünya dövlətləri heç bir işğalçı ölkəyə qarşı belə xoş münasibət bəsləmir. Bunun bir adı var - ədalətsizlik, ikili standart. Həqiqətən Azərbaycana qarşı bu ikili standartların vaxta qədər davam edəcəyi, qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərlərinin sanksiyalardan əziyyət çəkmədiyi, onlara qarşı sanksiyaların üçün tətbiq olunmadığı düşündürücü suallardır. Nazirlər Kabinetinin 2014- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində bu məsələyə toxundu. Dövlət başçısı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğuladı: "...Biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. üçün? Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyil. üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. Bu gün dünyada əsas amil güc amilidir. Ona görə biz daha da güclü olmalıyıq ilk növbədə hərbi gücümüzü artırmalıyıq...". Dövlət başçısının bu fikirləri bir çox mətləblərdən xəbər verir.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın günahı ucbatından həll edilmir. O deyib ki, bu münaqişəni yaradan bilavasitə rəsmi Moskvadır: "Dəfələrlə İslam Konfransı Təşkilatı dövlət başçıları konfransının sammitlərində iştirak etmişəm. Onların elə böyük nüfuzu yoxdur. Bu qurum qətnamə deyilibsə, hər birini qəbul edib. Hətta Ermənistanı təcavüzkar da adlandırıblar. Amma bunu heç kəs eşitməyib".

Millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistana qarşı təzyiqlərin, sanksiyaların olmadığı təqdirdə işğalçı ölkə heç bir halda danışıqlar istiqamətində addım atmayacaq: "Çünki beynəlxalq hüquq normaları bərqərar olunmalıdır. İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı müvafiq qətnamələri qəbul edib. Amma biz bir məsələ ilə bağlı çox narazıyıq. Belə ki, qonşu ölkənin ərazisini işğal etmiş Ermənistan bu istiqamətdə heç bir addım atmır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT öz Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təcavüz etmiş ölkəyə qarşı sanksiyaları müəyyənləşdirməlidir. Təbii ki, biz bunu ATƏT-dən gözləyirik. Çünki Ermənistan ATƏT-in bütün təməl sənədlərini kobud surətdə pozub. Biz 20 ildən artıqdır ki, ancaq beynəlxalq təşkilatların boş söhbətlərini eşidirik. Bu beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Hazırda bir sıra keçmiş SSRİ ölkələrinin əraziləri işğal olunub. Məsələn, Krım hadisələrindən sonra Rusiyaya qarşı müvafiq sanksiyalar tətbiq olundu. Axı üçün bu gün həmin təzyiq mexanizmləri Ermənistana qarşı yoxdur? üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirmədiyinə görə, cəzasız qalıb? Bu mənada cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın beynəlxalq təşkilatların ünvanına söylədiyi fikirlər reallığı əks etdirirdi. Biz həm ATƏT-i, həm BMT-ni, həm digər təşkilatları müvafiq sənədlərə, beynəlxalq hüquq normalarının prinsiplərinə riayət etməyə çağırırıq".

Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistanın ona qarşı ərazi iddiası səbəbindən yaranan genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Onun sözlərinə görə, məhz bu səbəbdən ölkənin xarici siyasətindəki prioritet istiqamətlərdən biri bu konfliktin aradan qaldırılmasıdır. O, qeyd edib ki, münaqişə artıq 20 ildir ki, davam edir, lakin danışıqlar prosesini sürətləndirmək üçün 1999-cu ildən etibarən Azərbaycan Ermənistan arasında müxtəlif səviyyələrdə birbaşa görüşlər keçirilir: "Belə görüşlər prezidentlər, onların xüsusi nümayəndələri xarici işlər nazirləri səviyyəsində yola saldığımız 2013- ildə davam etdirilib. Bu dialoq sayəsində münaqişənin həllinə dair müəyyən məsələlərlə bağlı bəzi ümidverici nəticələr əldə edilib. Son illər erməni diplomatiyası öz xislətlərinə uyğun "unikal" siyasət nümayiş etdirir. Erməni rəsmiləri hətta dövlət başçısı səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı azərbaycanlı türkiyəli həmkarları ilə danışıqlardan boyun qaçırmaq üçün "qarın ağrısı"na düşür. Ermənistanın bu siyasəti artıq bir şakərə çevrilib təbii ki, səbəbsiz deyil. Çünki ermənilər yaxşı anlayır ki, bu gün güclü Azərbaycanla bir masa arxasında oturmaq əsassız iddialar yürütmək iqtidarında deyil nəticə etibarilə "biabır olmaqdansa gizlənmək daha yaxşıdır" prinsipinə üstünlük verir. Danışıqlar prosesində Azərbaycanın tutduğu prinsipial mövqenin ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarətdir. Prezident İlham Əliyev bu yolda heç bir güzəştə gedilməyəcəyini dəfələrlə bəyan edib. Rəsmi İrəvan həm Bakının bölgədə uğurla reallaşdırdığı nəhəng iqtisadi layihələrdən bəhrələnmək istəyir, həm işğal etdiyi Azərbaycan torpaqlarından əl çəkmir. Bu baxımdan da çıxışı zamanı dövlət başçısı bildirdi ki, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu reallıqdır. Ona görə biz daha güclü olmalıyıq ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Ona görə , bu həqiqəti, iqtisadiyyatı tənəzzül həddində olan Ermənistan qədər tez anlasa, onun özü üçün yaxşı olar. Çünki Azərbaycanın iqtisadi gücü müdafiə potensialı sayəsində bölgədəki siyasi proseslərə təsir imkanları ildən-ilə artır Ermənistana qarşı olan bu dözümlülük daimi olmayacaq. Erməni tərəfi bu cür fürsəti növbəti ildə qaçırsa ölkənin gələcək taleyi böyük sual altına düşəcək. Çünki suverenliyini ərazi bütövlüyünü istənilən yolla bərpa etmək Azərbaycan dövlətinin müstəsna haqqıdır bu haqqı onun əlindən heç kim ala bilməz".

AQİL

 





18.04.2014    çap et  çap et