525.Az

Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır


 

Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır<b style="color:red"></b> Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır.

Lent.az-ın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında çıxışı zamanı deyib. Onun sözlərinə görə, uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktiki əhəmiyyətə malik tam səslə idarə olunan mini kompüterlərin istehsalı və mobil təkliflərin işlənib hazırlanması əldə olunan nailiyyətlərdəndir.
 
Ə. Abbasov qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin dəstəyi ilə yeni bir inkişaf yoluna başlanılıb. Məhz buna görə də elmlə iqtisadi sahə əlaqələndirilməlidir: “Elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır. Belə ki, sənaye və texnoloi parklar yaradılır”.
 
 
 
 





18.04.2014    çap et  çap et