525.Az

“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınıb


 

“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınıb<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanuna dəyişiklik edilib, bir layihə isə gündəlikdən çıxarılaraq müzakirəsi təxirə salınıb.
 
APA-nın məlumatına görə, “Yol hərəkəti haqqında” qanuna, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” sənədlərə dəyişiklər və “Dəniz limanları haqqında” (ikinci və üçüncü oxunuş) qanun müzakirə olunaraq qəbul edilib.
 
İclasa sədrlik edən MM sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdəki növbəti “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsini isə növbəti iclasa saxlamağı təklif edib, təklif qəbul olunub.
 





18.04.2014    çap et  çap et