525.Az

Dosent azadlıqdan məhrum edildi


 

Dosent azadlıqdan məhrum edildi<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində olan cinayət işi 311.3.3-cü (rüşvət alma) maddədən 178-ci (dələduzluq) maddəyə tövsif olunub və barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq olunub. Məhkəmənin hökmü ilə R. Rüstəmov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində R. Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət alarkən tutulub.

 





19.10.2012    çap et  çap et