525.Az

İnsanlığa səsləyən tamaşa


 

İnsanlığa səsləyən tamaşa<b style="color:red"></b>

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2013-2014- il mövsümünün növbəti tamaşasını teatrsevərlərin ixtiyarına verib. Dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanından "Qazanqapın dəfni" "Manqurt" hissələrinin səhnələşdirilmiş variantları əsasında hazırlanmış bu yeni tamaşa "Manqurt" adlanır.

Həmin tamaşa ilə Naxçıvan Teatrı C. Aytmatov yaradıcılığına ikinci dəfə müraciət edib. Belə ki, görkəmli yazıçının eyniadlı əsəri əsasında Kaltay Məhəmmədcanovla birlikdə səhnələşdirdiyi "Fudzi dağında qonaqlıq" pyesi 1981-ci ildə istedadlı rejissor, respublikanın Əməkdar artisti Vəli Babayevin quruluşunda qocaman sənət ocağında tamaşaya qoyulub.

Uğurlu səhnələşdirmənin müəllifi, teatrın baş rejissor əvəzi Tofiq Seyidov eyni zamanda tamaşanın quruluşçusudur. O, 1982-ci ildən 1990- ilədək bu qədim sənət ocağında müxtəlif janrlı tamaşalarda rəngarəng obrazlar qalereyası yaratmağa müvəffəq olmaqla, 1986-1990- illərdə bir neçə tamaşada əvvəl rejissor assistenti, daha sonralar ikinci rejissor kimi özünü göstərərək bu sənəti layiqincə mənimsəmişdir. Məhz bunun nəticəsində T. Seyidov 1990- ildə teatrın repertuarında olan S. Ələsgərov Ş. Qurbanovun "Özümüz bilərik!" musiqili komediyasına müstəqil quruluş vermək imkanı qazanmış uğurlu bir tamaşa yaratmağa müvəffəq olmuşdu.

Həmin tamaşadan sonra zərurətdən doğan vəziyyət nəticəsində 20 ildən artıq bir müddətdə Azərbaycandan kənarda yaşayan Tofiq Seyidov artıq üç ildir ki,  doğma teatrında fəaliyyətini bərpa edib onu müvəffəqiyyətlə davam etdirir. T. Seyidovun doğma teatr  qayıdışından sonra ilk rejissor işi A.P. Çexovun vodevilləri əsasında hazırladığı "Russayağı evlənmə" tamaşası oldu. Bu tamaşa bir daha onu sübut etdi ki, Tofiqin şəxsində teatra, səhnəyə candan qandan bağlı olan adamda bu sənətə olan məhəbbət alovu heç vaxt sönməz, müəyyən müddətdə o, közərsə , zaman gəldiyində yenidən alovlanmağa qadirdir.

İndisə "Manqurt" haqqında. Əvvəldə qeyd etdiyim kimi tamaşada iki hadisə - Qazanqapın dəfn prosesi uzaq keçmişdə məşhur Nayman ananın oğlu Jolamanın manqurta çevrilməsi məqamı onun nəticələri əks olunur. Belə bir teatr deyimi vardır: "Rejissor quruluş verdiyi əsərin ikinci, tamaşanın isə birinci müəllifidir". "Manqurt" tamaşasında, quruluşçu rejissorun timsalında bunu aydın görmək olur. Çünki bu bu məşhur əsərlərin pyes variantının da müəllifi məhz rejissor özüdür. Buna görə belə ifadə etmək mümkündürsə, rejissor əsərin bir həmmüəllifi kimi hadisələrin yaranmasını, gedişini, inkişafını tamamlanmasını səhnələşdirmə zamanı gördüyü, duyduğu formada verdiyi quruluş sayəsində əyani surətdə tamaşaçıya çatdırmağa nail olur.

Tamaşada müasir dövrlə tarixi keçmiş bir vəhdətə çevrilərək cərəyan edir. Hətta əsərdən bixəbər tamaşaçı bunu hiss edə bilmir pyesin məhz belə yazıldığına inanır. Tamaşada öncə ötən əsrin 70-ci illərinin əvvəli, sonra uzaq keçmiş, daha sonra ötən əsrin 50-ci illərinin əvvəli, yenidən Nayman ana manqurt səhnəsi sonda yenə 70-ci illər təsvir olunur. Tamaşanın əsas qayəsini. Məqsədini çatdıran məqam isə ahıl Yedigeyin monoloqu - insanlara "Ayılın! Ayılın! Ayılın!!!" fəryadı ilə bitən müraciətidir.  

Quruluşçu rejissor tarixi keçmişin əks olunduğu ilk səhnədə ekran vasitəsilə o dövrün döyüş meydanlarını göstərən kadrları nümayiş etdirir. Bundan sonra tamaşaçı yaralı bihuş halda juanların - çinli quldurların əlinə keçən Jolamanın onlar tərəfindən manqurtlaşdırılmasının şahidi olur. Sonra XX əsrdə sovet quruluşunun manqurtlaşdırdığı tiplərlə yaxından tanış olan tamaşaçı bu ünsürlərlə mübarizə aparan gənc ahıl Yedigeylə, Abutalıbla tanış olur. Hətta hamının əyyaş kimi tanıdığı Qazanqapın kürəkəni belə tiplərə qarşı barışmaz mövqedə duran personajdır.

Quruluşçu rejissorun tamaşanın uğurunun təməli düzgün, dəqiq rol bölgüsüdür. Bu baxımdan T. Seyidov maraqlı, tam bir aktyor ansamblı yaratmağa nail olub. Tamaşada baş qəhrəman Yedigeydir. Obrazın daxili təlatümünü, nigaranlığını, gələcəkdən bədgümanlığını müxtəlif çalarlarla, aydın, nəsihətvari danışıq tərzilə çatdıran Xalq artisti Həsən Ağasoy sözükeçən, məsləhətkeş, tədbirli səbrli bir el ağsaqqalını lazımi səviyyədə təqdim edir. Hər dəfə tamaşanın sonunda qəhrəmanının monoloqunu söylərkən aktyorun gözləri dolur tamaşaçı bu təbii ifaya biganə qala bilmir.

Sabitcan Qazanqapın yeganə oğludur. Atasının dəfninə şəhərdən arvadı ilə bərabər gəlməyi lazım bilməyən bu oğul, formal olaraq yas mərasimində iştirak etməsilə diqqəti cəlb edir. O, hətta bircə bacısının ata cənazəsi üstündə uca səslə ağı deməsini qəbahət sayır, onu sakitləşdirməyi yeznəsindən tələb edərkən "...əyyaşın biri, əyyaş!" deyərək onu da hamının yanında təhqir etməkdən, bacısına isə sillə vurmaqdan belə çəkinmir, "Anabeyt" qəbiristanlığı yaxınlığında dəfn məsələsinin həllini gözləyənlər qarşısında məruzə edirmiş kimi öz biliyini nümayiş etdirməyə çalışır, "vəzifəli şəxs" ədaları ilə hamını bezdirir. Xalqın tarixi keçmişini yaşadan müqəddəs "Anabeyt"in xüsusi qərar əsasında söküləcəyinə heç bir əhəmiyyət verməyərək "Mən küləyə qarşı niyə tüpürməliyəm?" - deyə mövqeyini biruzə verən Sabitcan Yedigeyin təklif məsləhətlərinə etinasız yanaşaraq özünü hamıdan ağıllı işbilən kimi göstərir. Bütün bu məziyyətləri istedadlı gənc aktyor Tahir İsmayılov özünəməxsus tərzdə çatdırmağa müvəffəq olur, onun obraz üzərində ciddi çalışması öz bəhrəsini verir.

Buradaca qeyd etmək yerinə düşər ki, tamaşadakı bütün aktyorlar ifa etdikləri personajı dərindən duyaraq tamaşaçıya çatdırmağa çalışırlar əksər hallarda buna müvəffəq olurlar. Jolaman - Manqurt Nayman ana səhnələrində bunu aydın görmək olur. Bəzi məqamlar istisna olmaqla bu obrazları ayrılıqda duet şəklində ifa edərkən muxtar respublikanın Əməkdar artisti Günay Qurbanova gənc aktyor Elnur Rzayev tamaşaçıda maraq oyatmağa, onun hadisələri diqqətlə izləməsinə nail olurlar.

15 ildən artıq bu qədim sənət ocağında müxtəlif xarakterli obrazlara imza atmış G. Qurbanova ananın iztirablarını, qorxusunu, barışmazlığını bütün dolğunluğu ilə çatdırır. Bu səhnəyə gənc Fətəli (Ş. Mehdiyev "Mirzə Fətəli") obrazı ilə gəlişinin bir neçə ili ərzində E. Rzayev  Şair (N. Hikmət "Kəllə"), Keşiş (A. Çexovun vodevilləri əsasında "Russayağı evlənmə"), Rauf (İ. Səfərli "Göz həkimi") kimi rolların ifası ilə tamaşaçı rəğbətini qazana bilmişdir. "Manqurt"da Jolamanın - oğulun biganəliyini, unutqanlığını, öz ağasının əmrlərinə gözübağlı tabe olduğunu. Doğma anasını göz qırpmadan oxlarkən belə soyuqqanlılığını özünəməxsus danışıq tərzi hərəkətlərilə canlandırmağa çalışan aktyor buna tam müvəffəq olur.

Bu dövrün digər personajları isə juanlardır. Müxtəlif səpkili rolların mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikanın Əməkdar artisti Əbülfəz İmanovun canlandırdığı I juan - Manqurtun ağası insanları özününküləşdirməkdən böyük zövq alan bir quldurbaşıdır. O, Jolamana Manqurt adı qoyaraq özünə tabe etdirir əmrlərini ona diqtə etməklə onların sözsüz icrasından həzz alır. Aktyor obrazının öhdəsindən layiqincə gəlir, lakin onun danışıq tərzini tapa bilsə, daha yaxşı olar.

Ümumiyyətlə, bu, bir çox aktyorlarda rast gəlinən xüsusiyyətdir ki, yeni obrazın danışıq tərzi əvvəlki personajların - rolların danışıq tərzindən köklü surətdə fərqləndirilmir. Nəticədə tamaşaçı seyr etdiyi yeni obrazla ifaçının əvvəlki rolları arasında oxşarlıq duyur. Hər bir tamaşanın geyimləri, qrimləri, davranış tərzləri fərqli olduğu kimi danışıq tərzləri mütləq seçilməlidir.

Bu çatışmazlığı tamaşada yaxşı, yaddaqalan oyun nümayiş etdirən  respublikanın Əməkdar artistləri Bəhruz Haqverdiyevə (Qulubay), Yusif Allahverdiyevə (istintaq katibi), aktyorlardan Cəbrayıl Nəbiyevə (III juan), Nazlı Hüseynquluyevaya (Ukubola), Zülfiyyə Zeynalovaya (II qadın) da aid etmək olar.

Bunun tam əksinisə gənc aktyorlar Nurbəniz Niftəliyevada (Ayzada), Zakir Fətəliyevdə (Odilbay), Teyyub Zeynalzadədə (Abutalıb), Rəhman Dünyamalıyevdə (leytenant Tansıkbayev), Səyyad Məmmədovda (keşikçi əsgər) aydın hiss etmək olur. Buradan da "aktyorun rol üzərində ev işi" məfhumunun hansı ifaçı tərəfindən necə yerinə yetirildiyi tam mənası ilə ortaya çıxır.

Nurbəniz Niftəliyevanın ifası haqqında bir neçə kəlmə əlavə etmək yerinə düşər. Qazanqapın qızı Ayzada rolunun öhdəsindən məharətlə gələn gənc aktrisa öz oyunu ilə rəğbət qazanır səhnədə bir dəfə - tamaşanın əvvəlində görünsə sonadək xatırlanır, digər səhnələrdə adı belə çəkilməsə xatırlanır. Nəyə görə? Ağlaşma səhnəsindəki təbii ifasına - qardaşının üzünə çəkinmədən eyiblərini saymasına, əyyaş ərinə göstərdiyi ehtirama, atasının vəfatına bir o qədər üzülməsə , camaat içində söylədiyi formal ağılara görə.

 

Nurbəniz xanım bir neçə il İrəvan Dövlət Azərbaycan Teatrında çalışdıqdan sonra üç ilə yaxındır ki, doğma yurduna qayıtmış Naxçıvan DMD Teatrında vurğunu olduğu sənətini uğurla davam etdirməkdədir. Bu müddətdə Doktor Dalbanezonun qızı ("Kəllə", N. Hİkmət), Nataliya Stepanovna ("Russayağı evlənmə", A. Çexov), Gülər ("Göz həkimi", İ, Səfərli) kimi faciəvi, komik lirik xarakterlərin öhdəsindən layiqincə gələn aktrisa "Manqurt" kimi psixoloji bir səhnə əsərində Ayzadanın sarsıntılarını, barışmazlığını, cəsarətini dramatik səpkidə, layiqincə çatdırır.

Bu tamaşada istedadlı aktrisanın daha bir xüsusiyyəti sözün əsl mənasında kəşf olundu. Rejissor tərəfindən tamaşaya əlavə edilən rəqs səhnələrinə  məhz                  N. Niftəliyeva quruluş vermişdir. Üç yerdə - ikihissəli tamaşanın əvvəlində, hissələr arasında sonda ifa olunan maraqlı, tamaşanın ruhuna uyğun rəqslərdə onun özünün bilavasitə, başqa bir geyimdə iştirakı, rəqslə bərabər akrobatik hərəkətlər etməsi tamaşaçını valeh edir.

Tamaşada daha bir maraqlı personaj vardır. Bu, Qazanqapın kürəkənidir. Əyyaş kimi təqdim olunan həmin obrazı - respublikanın Əməkdar artisti Əli Əliyev MR əməkdar artisti Səməd Canbaxşıyev təqdim edirlər. Dublyor ifa tələblərinə uyğun olaraq hər iki aktyor obrazı özünəməxsus tərzdə çatdırmağa çalışır. Danışıqlardakı fərq hərəkət mimikalarda da özünü göstərir. Ə. Əliyev yeriş tərzilə. S. Canbaxşıyev isə bir əlinin əsməsilə obrazın uzun zamandır içki düşkünü olduğunu vurğulayırlar. Lakin hər iki ifaçını bu obrazda birləşdirən bir amal var: dürüstlük, ailəcanlılıq, qayınataya hörmət, el ağsaqqalına ehtiram, haqsızlıqla barışmazlıq.

"Anabeyt" səhnəsində kürəkən leytenantın bilavasitə onlara ünvanladığı "kənar adamlar" ifadəsindən qəzəblənərək: "Bu kimə kənar adam deyir? Bizik kənar adam? Kənar adam sən özünsən!" deyə bağırır. Daha sonra tikanlı simlərdən o tərəfdə dəfn probleminin həll olunmayacağını hiss edərək: "Siz özünüz bilərsiniz, mən gedirəm qəbir qazmağa!" deyib beli götürərək simlərdən bu tərəfdə münasib yer axtarmağa gedir. Bu hərəkətilə o, qayınatasının cənazəsinə hörmətini, onun uzun müddət ortada qalmasına etirazını bildirir. Hər iki aktyor öz oyununda təbiidir.

K. Stanislavskinin "Böyük, ya kiçik rol yoxdur, böyük, yaxud kiçik aktyor vardır" ifadəsi hər zaman, hər bir  teatrda aktualdır. "Manqurt" tamaşasında da kiçik rolların öhdəsindən layiqincə gələn respublikanın əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynov (müstəntiq Tansıkbayev), MR əməkdar artisti Vüsal Rzayev (II juan), gənc aktyor Teyyub Zeynalzadə (Abutalıb) kimi ifaçılar yaddaşlara həkk olunur. Xüsusən Teyyubun istintaq səhnəsindəki bir neçə dəqiqəlik həyəcanlı oyunu tamaşadan sonra da uzun müddət öz təsirini saxlaya bilir. Lakin çox təəssüf ki, ağlaşma səhnəsində bir neçə kəlmə söz deyən gənc aktrisa Şölə Novruzbəyli (I qadın) haqqında eyni fikirləri demək mümkün deyil. Elə təsəvvür yaranır ki, bu səhnə            I qadınsız da keçinə bilər. Halbuki həmin bir neçə kəlməni xüsusi ifadə ilə, tapılmış bir danışıq tərzilə demək olardı ki, aktyor o sözlərin məxsusi deyilişilə yadda qalsın.

Bir qədər rəssam işi haqqında. Təcrübəli istedadlı sənətkar, muxtar respublikanın Əməkdar rəssamı Əbülfəz Axundovun adının qarşısında quruluşçu rəssam yazılsa da, səhnədə tərtibat görürük. Rəssam həqiqətən səhnədə quruluş verirsə, bu zaman irihəcmli dekorasiyalar, səhnə dairəsinin fırlanması ilə dəyişən məkanlar rejissor mizanlarına kömək etməli aktyor oyunu üçün geniş şərait yaradılmasına xidmət etməlidir.

"Manqurt"da isə tamaşanın maddi təminatı, yaxud hansı bir səbəbdənsə bir çox gözəl tamaşalara layiqincə quruluş verən, püxtələşmiş rəssam Ə. Axundov məhdud tərtibatla kifayətlənməli olmuşdur. Lakin bu, heç tamaşanın bədii səviyyəsinə xələl gətirmir. Əksinə, ideyanın açılması üçün rəssam mümkün vasitələrdən istifadə edərək tamaşanın uğuruna öz imzasını ata bilmişdir. Səhnənin mərkəzində bir simvol kimi görünən rəngli, ipəkdən olan böyük çadır (yurt), sərhəd dirəklərinin tikanlı simlərin qırmızı rəngdə olması, geyimlər. rekvizitlər çox mətləblərin açılmasına xidmət edir.

Ancaq istintaq səhnəsində, kabinetdə müstəntiqin stolu bir qədər böyük olsa, Leninin portreti əvəzinə Stalinin, yaxud Dzerjinskinin portreti asılsa, daha məqsədəuyğun olardı. Müasir texnologiya şəraitində istənilən şəkli əldə etmək bir o qədər çətin məsələ deyil.

Naxçıvan MR əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun rejissor rəyi əsasında tərtib etdiyi musiqi parçaları milli koloritli, tamaşanın ideyası dövrlərlə həmahəngdir.

"Manqurt"da texniki qüsurlar da mövcuddur ki, bu da tamaşaçı diqqətindən yayınmır. "Anabeyt" səhnəsində dəfn üçün gətirilmiş bellər səhnənin kənar divarına söykənmiş vəziyyətdə qoyulur. Dəfn başa çatdıqdan sonra isə tabut da eyni yerdə divara söykədilir. Tamaşaçı isə yaxşı başa düşür ki, bu yerlər çöl-biyabandır. Burada ancaq tikanlı kol-kos ola bilər ki, ona da isə söykəmək mümkün deyil.

Tərcümədən irəli gələn yanlış ifadələr məşq prosesində aradan qaldırılmış, məntiqi vurğuların, orfoepik qaydalar əsasında ifadə vasitələrinin yerində olmasına nail olunmuşdur.

Kiçik qüsurlarına baxmayaraq "Manqurt" Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük tamaşaları sırasına daxil oldu.

Ələkbər QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 





18.04.2014    çap et  çap et