525.Az

Terrorçu özünü partlatdı


 

Terrorçu özünü partlatdı<b style="color:red"></b> İranın Sistan və Bəluçistan vilayətindəki Çabahar şəhərində terrorçu özünü partladıb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Terror aktı nəticəsində terrorçudan başqa iki nəfər həlak olub. Hadisə yerində olan bir neçə mülki şəxs və polis yaralanıb.

Terrorçu partlayışı cümə namazı zamanı məsciddə törətmək istəyirmiş. Lakin polis terrorçunun niyyətini başa düşdüyündən o, məscidin binasını tərk etməli olub. Buna baxamayaraq, o, küçədə partlayıcı qurğunu işə sala bilib.
 





19.10.2012    çap et  çap et