525.Az

Alimlərə ali mükafatlar təqdim edilib


 

Alimlərə ali mükafatlar təqdim edilib<b style="color:red"></b> Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağında alimlərə ali mükafatlar təqdim edilib.
 

APA-nın xəbərinə görə, iclasda akademiyanın prezidenti Akif Əlizadə elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatları təqdim edib.
 
AMEA prezidenti bildirib ki, mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
 
Akademiyanın hesabat yığıncağında akademiklər - AMEA-nın vitse-prezidentləri İsa Həbibbəyli və Akif Hacıyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digərləri çıxış edərək mövcud problemlərdən söz açıb və təkliflər səsləndiriblər. Sonda ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edilib. Bundan əlavə, ümumi yığıncağın qərar layihəsi təsdiqlənərək tədbir iştirakçılarına çatdırılıb.
 
Bununla da AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı başa çatıb.
 





18.04.2014    çap et  çap et