525.Az

TQDK jurnalistika üzrə imtahan verəcək bakalavrlara müraciət edib


 

TQDK jurnalistika üzrə imtahan verəcək bakalavrlara müraciət edib<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. İmtahan TQDK-nın binasında  keçiriləcək. Qeydiyyatdan keçmiş bakalavrlar bu gündən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
 
 
Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da imtahanında iştirak etməlidirlər.
 
Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında məlumat və imtahana hazırlaşmaq üçün ədəbiyyat (mənbə) siyahısı 3 aprel 2014-cü il tarixində TQDK-nın internet saytında (http://www.tqdk.gov.az/news/master/412/) yerləşdirilib və imtahana qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb.
 





18.04.2014    çap et  çap et