525.Az

Con F. Kennedi: "Mərdliyin profilləri" (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F. Kennedi: "Mərdliyin profilləri" <b style="color:red">(davamı)</b>

Nyu-YorkunTribuneqəzeti xəbər verirdi ki, Edmund Rossun xüsusiliyi onda idi ki, “rəhmsizcəsinə bu yolla süründürülürdü hər iki tərəfdən gecə gündüz tülkü kimi ovlanırdı öz kolleqaları ona sataşırdı. Arkola körpüsü (bu körpü üzərində İtaliyada fransız ordusu general Napoleonun komandanlığı altında Avstriya ordusu ilə 15-17 noyabr 1796- ildə vuruşmuş, fransızlar qorxub geri çəkiləndə Napoleon əlində silah körpü üzərinə təkcə çıxaraq, əsgərlərini ruhlandırmış fransızlar qələbə çalmışdılartərcüməçi) kimi bir vaxt ordulardan biri, indi isə digəri onun üstü ilə gəzişirdi”. Onun ətrafı həyatı yuxarıdan aşağıya qədər təhqiq olunmuşdu, seçiciləri kolleqaları Vaşinqtonda onu izləyirdilər ki, rəyi barədə hansısa bir işarə alsınlar. O, hər bir gözün hədəfi idi, onun adı hər bir ağızda dolaşırdı niyyətləri isə hər bir qəzetdə müzakirə olunurdu. Baxmayaraq ki, onun hər iki tərəfə hansısa bir işarə verməsinə heç bir sübut yox idi, lakin hər kəs onu ictimai qaydada ittiham etməyə cəhd edirdi. O, hər iki tərəfi özünün məhkəmə barədə sakitliyi ilə tam asılı vəziyyətdə saxlayırdı.

Siyasi qarışıqlıq barədə heç bir təcrübəsi, Senatda heç bir nüfuzu, heç bir müstəqil nəticəsi olmadan Birliyin ən radikal bir ştatı ilə işi olan Ross ən səmimi tənqidlə mühakimə edilməli idi çox güman edilirdi ki, ekspert taktikaları tərəfindən o tərəf bu tərəfə yelləndirilməlidir. Konqressmenlər Senatorlar komitəsi Kanzasa digər şübhəli bilinən Respublikaçıların ştatlarına bu teleqramı göndərdi: “Əgər impiçment uğursuz olsa, bu, ölkənin dincliyinə Respublikaçıların işinə böyük təhlükədir. Qətnamələrlə, məktublarla nümayəndələrlə ictimai rəyi sizin Senatorlara göndərin”. Kanzas Qanunvericiliyinin üzvü Kapitolidə Rossa müraciət etdi. Stenton tərəfindən generala məsləhət görüldü ki, səhər saat dördə qədər öz yerində qalsın, çünki onu görməyə qərarlıdır. Senatorun niyyətlərini açmaq üçün onun qardaşı 20.000 dollar pul təklifi barədə bir məktub almışdı. Qraff Ben Batler Ross barədə ucadan dedi: “Bir buşel (35,2 litrə bərabər tutum ölçüsütərcüməçi) pul var! Bu lənətlənmiş əclaf qədər pul istəyir?” Senatın ilk dəfə Consonun ittiham edilməsi ya bəraət almasına səs verməsindən əvvəlki gecə Ross öz kiçik vətənindən bu teleqramı aldı: “Kanzas Prezidentin ittihamının sübutunu tələblərini eşitmişdir”.

(imza etmişlər) D.R.Entoni 1.000 nəfər başqaları

Mayın 16-nın taleyüklü səhərində Ross cavab verdi:

D.R.Entoni 1.000 nəfər başqaları; ittihamın lehinə ya əleyhinə mənim səs verməyimi tələb etmək barədə sizin hüququnuzu tanımıram. Mən and içmişəm ki, Konstitusiyaya qanunlara müvafiq olaraq qərəzsiz hökm verim inanıram ki, ədalətimin diqtəsinə ölkənin ən yüksək xeyrinə müvafiq olaraq səs vermək mərdliyinə malik olacağam”.

(imzalamışdır) E.Q.Ross

Sübh casusları Rossu səhər yeməyinə qədər izlədilər. Səsvermədən on dəqiqə əvvəl Kanzasdan olan kolleqası ona Taddeus Stivensin yanında xəbərdarlıq etdi ki, bəraət verilməsi barədə onun səs verməsi ittihamların tapdalanması onun siyasi ölümü mənasını verəcəkdir.

Lakin bu vaxt taleyüklü saat gəlib çıxdı. qaçmaq, vaxtı uzatmaq, qərar verməmək mümkün deyildi. Ross özü sonralar bunu belə təsvir edirdi: “Qalereyalar dolmuşdu. Ora buraxılmaq biletlərinə nəhəng mükafat verilirdi. Nümayəndələr Palatası qoşuldu onun bütün üzvləri Senat zalında idi. Zalda hər bir kürsü Senatorlarla, Kabinet üzvləri ilə, Prezident Şurasının üzvləri ilə ya Nümayəndələr Palatasının üzvləri ilə dolu idi. Hər bir Senator öz yerində idi Ayovadan olan ümidsiz xəstə Qrimes özü həqiqi mənada xərəkdə gətirildi.

Qərara alındı ki, ilk səsvermə impiçmentin geniş On Birinci Maddəsinə verilsin, inanırdılar ki, bu geniş dəstəyə malik olacaqdır. Baş hakim elan etdi ki, səsvermə başlayır xatırlatdı ki, “qalereyada olan vətəndaşlardan əcnəbilərdən tələb olunur ki, özlərini tam sakit dəqiq riayət olunma qaydasında aparsınlar”. Artıq ölü bir sakitlik Senatın zalına çökmüşdü. Bir Konqressmen sonralar demişdi ki, “Nümayəndələr Palatasının bəzi üzvləri mənim yanımda şübhə yükü altında, sifətləri ağaran xəstəyə bənzər qaydada oturmuşdular Ross qeyd edirdi ki, həttaayaqların yerdəyişməsi kəsilmişdi, ipək paltarların xışıltısı, yelpiklərin söhbətlərin qalxması eşidilirdi”.

Öz vaxtında səsvermə qaydası izah edildi. Baş hakim Edmund Rossun adına gəlib çatana qədər iyirmi dörd nəfərtəqsirkardırsözü ilə cavab vermişdi. On nəfər yəqin məlum idi digər birinə tam əmin idilər. Prezidenti ittiham etmək üçün lazım olan otuz altı səsi əldə etmək üçün yalnız Rossun səsinə ehtiyac var idi. Lakin zalda heç bir adam bilmirdi ki, bu gənc Kanzaslı neçə səs verəcəkdir. Öz narahatlığını səsinin emosiyasını gizlətməyi bacarmayan Baş hakim ona sual verdi: “Mister Senator Ross, siz deyirsiniz? Cavabdeh sifətində çıxış edən Endryü Conson bu maddədə iddia olunan kimi ağır xətasına görə təqsirkardır ya təqsirkar deyildir?” Bütün səslər sakitləşdi. Hər bir göz Kanzasdan olan təzə Senatora dikilmişdi. Ümidlər qorxular, keçmiş onilliklərin nifrəti acısı bu bir adamın üstündə mərkəzləşmişdi.

Rossun özünün sonralar təsvir etdiyi kimionun eşitmək danışmaq gücü qeyri-normal dərəcədə inkişaf edən kimi görünürdü”.

Bu auditoriyada hər bir fərd gözə fərqli qaydada dəyən kimi görünürdü, bəziləri dodaqları açılmış narahat gözləmə şəraitində irəliyə əyilmiş şəkildə, digərləri əlləri yuxarı qalxmış şəkildə oturmuşdu, elə bil ki, başının üstünü kəsən zərbəyə görə xəstəxana palatasından çıxarılmışdı... hər bir adam diqqətlə o adama baxırdı, hansı ki, taleyüklü səsini verən vaxt onun üzündə demək olar ki, faciə nişanəsi var idi... Yelpiklər bağlandı, bir ayaq da hərəkət etmirdi. paltarların xışıltısı, bir pıçıltı eşidilmirdi... Ümid qorxu elə bil ki, hamının üzündə bir-birinə alternativ olaraq qarışmışdı, bəziləri qisascıl nifrətlə; ...digərləri ümidlə işıqlanmış kimi. Senatorlar öz yerlərində stollarının üstünə əyilmişdilər, çoxu əlini qulağına tutmuşdu... Bu, nəhəng bir məsuliyyət idi heç qəribə deyildi ki, onun üzərinə şəraitlərin taleyüklü kombinasiyası qoyulmuşdu, ondan qaça bilməyi aramalı idi, özündən bir ehtiyatlılıq tədbiri kimi uzaqlaşdırmalı ya dəhşətli yuxu kimi onunla mübarizə aparmağa səy göstərməli idi. Mən demək olar ki, özümün, hərfi mənada, açıq qəbrimə baxırdım. Dostluqlar, mövqe, tale, hər şey, həyatı ambitsiyalı adama arzulanan edirdi, onlar isə mənim, yəqin ki, əbədi olaraq nəfəsimi kəsmək istəyirdilər. Bu heç qəribə deyildi ki, mənim cavabım dalğa şəklində havada yayıldı auditoriyanın hədlərinə çatmaqda uğursuzluğa uğradı ya həmin təkrar etmə zalın əks tərəfində uzaqda olan Senatorlar üçün lazım gəldi”.

Eyni cavab yenə uca səslə deyildikdə, heç anlaşılmayan deyilditam, axırıncı, dəqiq, tərəddüdsüz səhvsiz idi: “Təqsirkar deyil”. İş görüldü, Prezident xilas edildi, mühakimə xeyirlə nəticələndi ittiham uduzuldu. Siyahının qalan hissəsi artıq vacib deyildi; ittiham bircə səsin köməyi ilə uğursuzluğa uğramışdı Baş hakimbu maddəyə otuz beş Senator təqsirli kimi, on doqquz isə təqsirkar deyil kimi səs vermişdir, ittihama üçdə iki çoxluq səs verməmişdir, beləliklə, Prezident bu maddəyə görə bəraət almışdırelan edənə qədər zal ümumi səs-küylə  dolu idi.

Sonra on günlük kanikul, qalan maddələrin səslərini dəyişdirmək üçün on qızğın gün gəldi. Qanun layihələri üzrə Cənub ştatlarının yenidən Birliyə qəbul olunmasına hücum cəhdi edildi, bu ştatların on iki senatoru ittiham üçün səs verməyə təminat verirdi. Lakin buna vaxtında nail oluna bilinmədi. Ross yenə yeganə adam idi ki, digər maddələrə səs vermədi, o, yeganə adam idi ki, onun neçə səs verəcəyi qabaqcadan bilinmirdi. yenə o, dəhşətli təzyiqin hədəfi oldu. “D.R.Entonidən başqalarındanonun aldığı teleqramda deyilirdi ki, “Kanzas səndən andı pozan adam əclaf kimi üz döndərir”. Onun həyatında hər bir hadisə yoxlanır təhrif olunurdu. Senator Pomeroy tərəfindən professional şahidlər tapıldı ki, Nümayəndələr Palatasının xüsusi komitəsi qarşısında Rossun ümid edilən qaydada səs verməsini dəyişməyə hazır olduğuna şəhadət versinlər (bədbəxtlikdən özünün həyəcanlandırıcı roluna görə bu şahid o qədər sevinmişdi ki, and içməklə əlavə etmişdi ki, Pomeroy bəraətə səs verilməsi üçün üç səsə 40.000 dollar pul verməyi təklif etmişdir). Ross komitə sədri kimi öz vəzifəsində olanda, Prezidentə bir neçə qanun layihəsi aparmışdı; Ceyms Q.Bleyn qeyd edirdi ki, “əclaf oraya öz pulunu almağa gedir” (xeyli sonra Bleyn bunu da qəbul etmişdi ki, “dövrün hirs dərindən peşiman olunması hesabına şişirdilmiş məhkum olmada ləkəsiz şəxsiyyəti olan dövlət xadiminə böyük ədalətsizlik göstərilmişdi”).

Yenidən gur şayiələr yayıldı ki, Ross impiçmentin qalan maddələrinin lehinə səs vermişdir. Senat yenə iclasına yığışanda yeddireneqatRespublikaçılardan yalnız biri çoxluqla birlikdə əvvəlki protsedur məsələləri barədə səs verməli oldu, lakin impiçmentin ikinci üçüncü maddələri oxunduqda Rossun adı yenidən çəkildikdə, on gün əvvəlki narahatlıq gərginliyi ilə yenə sakit qaydada cavab verdi: “Təqsirkar deyildir”.

Consona görə ona nifrət davam edəndə niyə görən Rosstəqsirkar deyildirdeyə səs verdi? “Scribner`sForumjurnallarındakı sonrakı məqalələrdə öz yazılarından onun motivləri aydın görünür:

Böyük düşüncədə, hökuməti koordinasiya edən qolu kimi icra vəzifəsinin müstəqilliyi mühakiməyə məruz qalmışdı. Əgər... Prezident vəzifədən düşürülsəydi... kifayət qədər sübutlar olmadan ona çalışanların gözləmələri ilə biabır olunan adama izqoya çevriləcəkdi, Prezident vəzifəsi hörmətdən düşəcəkdi, hökumətin qollarını əlaqələndirilməsini dayandıracaqdı hətta sonra qanunvericiliyin iradəsinə tabe olacaqdı. Praktiki olaraq, bu, bizim əla orqanizmimizi tərəfkeş Konqress avtokratiyasına çevirəcəkdi. Hökumət heç vaxt belə məkrli təhlükə ilə üzləşməmişdi. Amerikan siyasətinin ən pis elementi tərəfindən nəzarət edilmə təhlükəsi ilə... Əgər Endryü Conson ona tərəfdar olmayanın səsi ilə bəraət aldısa... Amerika tərəfdarların idarəçiliyinin təhlükəli nöqtəsindən keçəcəkdi həmin dözümlüksüz, bəzən böyük çoxluğun belə o tərəf bu tərəfə yellənməsi ilə xarakterizə olunur onları təhlükəli edir”.

Edmund Rossun əvvəldən gördüyüaçıq qəbiro qədər şişirdilməmişdi. Kanzas Ali Məhkəməsinin hakimi ona teleqraf göndərmişdi ki, “İuda İskariotun (İisus Xristosun apostollarından biri olmaqla, onu satmış bu, İisusun edam edilməsi ilə nəticələnmişditərcüməçi) özünü asdığı kəndir itirilmişdir, lakin Cim Leynin tapançası sənin xidmətindədir”. Kanzas qəzeti qışqırırdı: “Şənbə günü axırıncı Edmund Q.Ross, Birləşmiş Ştatların Kanzasdan olan Senatoru özünü satmış öz seçicilərinə xəyanət etmişdirözünün məlumatına görə büdrəmiş, dostlarını əsaslı qaydada aldatmış, öz təntənəli andını biabırçı qaydada pozmuş malik olduğu azacıq qabiliyyətə mümkün olan bir şeyi əlavə etmişdir, bu da öz ölkəsinin azadlığına ölüm hökmü imzalamaqdır. Bu hərəkət düşünülmüş şəkildə edilmişdir, çünki Benedikt Arnold (o, Corc Vaşinqtonun silahdaşı olan general idi. Saraqota döyüşündə böyük qələbə çalmışdı, lakin sonralar ingilislərə satılmış, ifşa edildikdən sonra düşmən tərəfə qaçmışdıtərcüməçi) kimi pulu öz prinsiplərindən, dostlarından, şərəfdən ölkəsindən, onların bir yerdə hamısından artıq sevmişdi. Fağır, yazıq gələn, titrəyən əclaf o qədər kiçik könülə malik idi ki, balaca pul da, hər şeydən, ləyaqət ya yaxşılaşdırılmış kişilikdən onun üçün ağır gələcəkdir”.

 (Ardı var)

 





21.04.2014    çap et  çap et